Xəbər lenti

“Donuz qripi” ilə bağlı peyvəndləmə aparılmır - Nazirlik
Ölkə10:09 12.02.2016

“Donuz qripi” ilə bağlı peyvəndləmə aparılmır - Nazirlik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Hazırda Azərbaycanda “donuz qripi” təhlükəsinə qarşı peyvəndləmə aparılmır. Ümumiyyətlə, bu işin aparılması nəzərdə tutulmayıb, çünki buna ehtiyac yoxdur”.

APA xəbər verir ki, Bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. O bildirib ki, “donuz qripi” təhlükəsinə qarşı profilaktik tədbirlər davam etdirilir: “Dezinfeksiya işləri aparılır. Həmsərhəd ölkələrdən Azərbaycana gələn insanlar müayinədən keçirilir. Əgər hər hansı şübhəli hal olarsa, onlar hospitallaşdırılır”.

Direktor müavini qeyd edib ki, laborator müayinələrin nəticələrinə görə Azərbaycanda “donuz qripi” qeydə alınmayıb.

Qaynar.info