
Zaqatalada doğuş zamanı ana ölümü faktı qeydə alınıb.
Rayonun Bəhmənli kənd sakini Durmuşova İlahə Nəzir Zaqatal rayonu Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı olunub. Əməliyyat zamanı körpə götürülüb, ana isə narkozdan ayılmayaraq dünyasını dəyişib. Qeyd edək ki, İlahə Durmuşovanın birinci doğuşu olub. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır.
Tural Mahmudov
Qaynarinfo.Az