Xəbər lenti

Dörd banka müvəqqəti inzibatçı təyin edildi
Ekonomiks09:35 27.04.2020

Dörd banka müvəqqəti inzibatçı təyin edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin bu gün qəbul etdiyi qərarla "Atabank”, "AGBank”, "NBC Bank” və "Amrah Bank” ASC-lərə müvəqqəti inzibatçılar təyin olunub.
Qaynarinfo bu barədə quruma istinadən xəbər verir. 
Məlumata görə, qanunvericiliyə uyğun olaraq qeyd olunan bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.
Bu məsələ ilə bağlı əlavə məlumat təqdim olunacaq.