Xəbər lenti

Dördgünlük müharibənin sonuncu şəhidi torpağa tapşırıldı
Ölkə08:08 20.04.2016

Dördgünlük müharibənin sonuncu şəhidi torpağa tapşırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Ordusunun ermənilərlə döyüşdə şəhid olan giziri dəfn edilib.
APA-nın məlumatına görə, Baxışov Seymur Qulamhüseyn oğlu Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində Müdafiə Nazirliyinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, S. Baxışov aprelin əvvəlində keçirilən son döyüşlərdə şəhid olub. Onun meyiti aprelin 19-da təmas xəttindən götürülüb.
Qaynarinfo.az