Xəbər lenti

DŞ-2014: Hollandiya və Çili 1/8 finalda - Əlvida, İspaniya
İdman04:27 19.06.2014

DŞ-2014: Hollandiya və Çili 1/8 finalda - Əlvida, İspaniya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Braziliyanın ev sahibliyi etdiyi dünya çempionatı davam edir. Fanat.az xəbər verir ki, bu gecə qrup mərhələsində II turun oyunları keçirilir.

Son dünya və iki Avropa çempionatının qalibi İspaniya ikinci oyununa çıxıb. İlk oyunda Hollandiyaya yenilən (1:5) ispanlar Çiliyə də uduzub - 0:2. Hollandlar isə Avstraliyaya qalib gəlib. Bu nəticələrdən sonra Hollandiya və Çili son turun nəticəsindən aslı olmayaraq 1/8 finala çıxan ilk komandalar olublar. İspaniyanın isə qrupda qalması dəqiqdəşib.

Qeyd edək ki, gecənin son matçı A qrupu çərçivəsində keçiriləcək. Bakı vaxtı ilə saat 03.00-da başlayacaq qarşılaşmada millimizin AVRO-2016-nın seçmə mərhələsindəki rəqiblərindən olan Xorvatiya Kamerunu sınağa çəkəcək.

DÇ-2014
Qrup mərhələsi
18-19 iyun


B qrupu
İspaniya - Çili 0:2
Qollar: Eduardo Varqas, 20. Karles Aranqis, 43.

Qaynar.info