Xəbər lenti

DTX-nin Laçın üzrə inzibati binasının açılışı oldu (FOTO)
Ölkə16:11 08.11.2023

DTX-nin Laçın üzrə inzibati binasının açılışı oldu (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Zəfər Günündə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Laçın rayon şöbəsinin inzibati binasının açılış mərasimi keçirilib.
Qaynarinfo xəbər verir ki, tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, DTX-nin rəhbər əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.  
Belə bir inzibati binanın istifadəyə verilməsinin Ali Baş Komandan İlham Əliyevin təhlükəsizlik orqanlarına göstərdiyi diqqət və qayğının növbəti təzahürü olduğu vurğulanıb. Xidmətin şəxsi heyəti adından dövlət başçısına minnətdarlıq ifadə edilib