Xəbər lenti

DTX və DSX birgə əməliyyat keçirdi
Ölkə14:39 27.07.2017

DTX və DSX birgə əməliyyat keçirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları birgə əməliyyat keçirib.

DTX-nin Mətbuat Mərkəzindən bildirilib ki, tədbirlər nəticəsində 16.07.2017-ci il tarixdə “Astara” sərhəd nəzarəti məntəqəsində, İrandan Azərbaycana qayıdarkən Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Fərəcova Səfa Məmmədşah qızının saxlanılaraq əşyalarına baxış keçirilib. Baxış zamanı əşyaların arasından 2 ədəd “ketçub” qabının içərisində gizlədilmiş narkotik vasitə – 295 qram heroin aşkar olunaraq götürülüb.

Sonrakı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin sifarişçisi Azərbaycan vətəndaşı, 1995-ci il təvəllüdlü Cəlilabad rayonunun Göytəpə şəhər sakini Mirzəyev Səbuhi Rövşən oğlu müəyyənləşdirilərək saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qaynarinfo.Az