Xəbər lenti

Dünya 13:30 16.01.2024

Dubayda 25 milyon dollarlıq əmlakların satışı iki dəfə artıb: Onları kimlər alır?

Keçən il Dubayda ümumi dəyəri 25 milyon dollardan çox olan 56 dəbdəbəli daşınmaz əmlak 2,27 milyard dollara satılıb ki, bu da 1,24 milyard dollara 28 belə sövdələşmənin bağlandığı 2022-ci ildəki rəqəmdən iki dəfə çoxdur.

Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg Knight Frank-ın məlumatlarına istinadən yazır

Agentliyin məlumatına görə, mülklərin əksəriyyəti süni Palma adasında yerləşir - orada 22 ev, o cümlədən sahəsi 2000 kvadratmetrdən çox olan beş otaqlı hələ tikilməmiş Como Residence kompleksində Palmanın "gövdəsində” 136,2 milyon dollara mənzil satılıb. Bu, ən bahalı sövdələşmə olub.

Digər 15 obyekt dəniz atına bənzəyən ada olan Jumeirah körfəzində yerləşir.

Agentliyin fikrincə, daşınmaz əmlak almaq varlı əcnəbilər, xüsusən də aktivlərini qorumaq istəyən ruslar, kripto milyonçuları, habelə ikinci ev tikən varlı hindular üçün cəlbedici investisiya variantı olaraq qalır.

2023-cü ilin yanvarında Bloomberg Betterhomes məlumatlarına istinadən yazıb ki, 2022-ci ilin sonunda Dubayda daşınmaz əmlak satışları yerli bazarda ən böyük alıcıya çevrilən ruslar sayəsində il ərzində 80% artıb.

2022-ci ilin sonunda satılan daşınmaz əmlakın ümumi həcmi 56,6 milyard dollara çatıb. Ümumilikdə, il ərzində Əmirlikdə 86 mindən çox mənzil alqı-satqısı əməliyyatı qeydə alınıb ki, bu da 2009-cu ildəki 80 min əməliyyat rekordunu üstələyib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->