Xəbər lenti

Dünənki atışmada yaralanan “Akula Akif” generalın bacısı oğludur
Ölkə09:11 24.02.2014

Dünənki atışmada yaralanan “Akula Akif” generalın bacısı oğludur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünən Suraxanı rayonunda bir neçə polis əməkdaşının yaralanması və bir nəfərin ölümü ilə nəticələnən silahlı insidentdə iştirak edən tərəflərdən biri “Akula Akif” ləqəbli Akif Nəzərovla bağlı redaksiyamıza maraqlı fakt daxil olub.

“Qafqazinfo” xəbər verir ki, hadisədə yaralanan Suraxanı rayonu Polis İdarəsinin rəis müavini Akif Nəzərov Daxili İşlər Nazirliyinin Qərargah rəisi, eyni zamanda nazir Ramil Usubovun müavini vəzifəsini icra edən general Fazil Quliyevin bacısı oğludur.

Xatırladaq ki, dünənki insidentdə onun oğlu Asif Nəzərov da yaralanıb.

Qeyd edək ki, hadisəni törədən və qətli həyata keçirən Gülağa adlı şəxs də əslən Kürdəmir rayonundandır və onun bacısı SSRİ Ali Sovetinin deputatı olub .

Qaynar.info