Xəbər lenti

Dünya bazarında Azərbaycanın enerji resurslarına tələbat artır (VİDEO)
Ekonomiks06:36 24.03.2022

Dünya bazarında Azərbaycanın enerji resurslarına tələbat artır (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Avropa ölkələri Rusiyanın təbii qazından asılılıqlarını aradan qaldırmağa çalışdığı bir vaxtda, Azərbaycanın Avropa İttifaqının üzvü olan bir neçə ölkəyə qaz boru kəmərinin genişləndirilməsi strategiyası həyati əhəmiyyət kəsb edir və xalis sıfır karbon emissiyası hədəfinə çatmaqda mühüm rol oynayacaq".
Avropanın məşhur "EU Reporter" nəşri yazır ki, TAP-ın illik ötürücülük qabiliyyətini 2 dəfə artıraraq 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırmaq olar. Azərbaycan qazının əsas istehlakçısı olan Türkiyə ərazisinə ötürülən "mavi yanacağ"ın həcminin yaxın 4-5 il ərzində 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan millət vəkili Cavid Osmanov deyir ki, hazırda artan təlabatın ödənilməsində Avropada Azərbaycanın adı həm etibarlı, həm də ixrac imkanlarını artırmaq potensialına malik bir ölkə kimi çəkilir.  "EU reporter” nəşri də vurğulayır ki, Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson "qaz təchizatının təhlükəsizliyi baxımından incə məqam"dan danışıb və deyib ki, Azərbaycan Avropa İttifaqına doğru addım artıb və bu ölkə "etibarlı və güvənilən" tərəfdaşdır.
Millət vəkili deyir ki, dövlət başçısı İlham Əliyevin Cənubi Qaz Dəhlizi Məşvərət Şuasının iclasında çıxışı zamanı səsləndirdiyi fikirlər də ölkəmiz və Avropa İttifaqı arasında dərinləşən enerji ticarətinə böyük təkandır. 
Avropanın məşhur "EU reporter” nəşri məqalədə Azərbaycan Prezidentinin çıxışından da sitat gətirib. " Avropa İttifaqı ilə daha sıx əlaqələrdən çoxşaxəli müsbət nəticələr gözləyirik. Bizim enerji siyasətimiz enerji mənbələrinin şaxələndirilməsi və enerji təhlükəsizliyi baxımından daha çox önəm kəsb edir. Çünki bu, ölkələr arasında yeni əlaqələr yaradır, qarşılıqlı inamı artırır".
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
<iframe width="662" height="371" src="https://www.youtube.com/embed/1he0A0eicyA" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">