Xəbər lenti

Dünya bazarında neftin qiyməti ucuzlaşmaqda davam edir: Səbəblər açıqlandı
Dünya 13:37 11.10.2022

Dünya bazarında neftin qiyməti ucuzlaşmaqda davam edir: Səbəblər açıqlandı

Dünya bazarında neftin qiyməti düşüb. "Qara qızıl”ın satışına təsir edən amil dolların möhkəmlənməsi və nefti digər valyutalarla alıcılar üçün bahalaşdırmasıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə Reuters yazır.

Brent markalı neftin fyuçersləri 0,3% ucuzlaşaraq 95,92 dollara, ABŞ-ın Qərbi Texas nefti isə 0,4% ucuzlaşaraq barreli 90,73 dollara düşüb.

FED-in sədr müavini Lael Brainardın sözlərinə görə, faiz dərəcələrinin artırılması iqtisadiyyatı yavaşladır, ancaq sərtləşdirmənin tam təsiri yaxın aylarda hiss olunmayacaq.

"Yaxşı məşğulluq məlumatları FED-in gələn ay keçiriləcək iclasında daha 75 əsas bəndlik faiz artımı gözləntilərini gücləndirdi və qlobal neft tələbinin aşağı düşməsi riskini aradan qaldırdı", - ANZ Research analitikləri bildirib.

Neft İxrac Edən Ölkələr Təşkilatı və onun müttəfiqləri, o cümlədən Rusiya Federasiyası gündəlik hasilat hədəfini 2 milyon barel azaltması, neft tədarükünün kəsilməsi qorxusunu artırıb.

Avropa İttifaqının Rusiya neft və neft məhsullarına qarşı sanksiyaları dekabr və fevral aylarında qüvvəyə minəcək. Eyni zamanda, ötən həftə Aİ Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketini, o cümlədən Rusiya neftinin ixracı üçün qiymətlərin məhdudlaşdırılmasını təsdiqləyiblər.

Öz növbəsində Hindistanın neft naziri Hardeep Singh Puri bildirib ki, Yeni Dehli Moskva ilə "sağlam dialoqu" saxlayır və Saxalin-1 neft-qaz layihəsinin mülkiyyətçisinin dəyişdirilməsindən sonra təkliflərə baxacaq. Rusiya artıq Exxon Mobil-in 30%-lik payını müsadirə etmək qərarına gəlib və Rusiyanın dövlət şirkəti Hindistanın ONGC Videsh şirkəti də daxil olmaqla xarici səhmdarların layihədə iştirakını qoruyub saxlaya bilib-bilməyəcəyinə qərar verəcək.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->