Xəbər lenti

Dünya bu azərbaycanlı modeldən danışır - FOTOLAR
Maqazin07:12 17.08.2015

Dünya bu azərbaycanlı modeldən danışır - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyaca məşhur model Bianka Balti yeni fotoları ilə mətbuatın gündəminə gəlib. Baku.ws-in məlumatına görə, anası azərbaycanlı, atası isə İtalyan olan xanım yeni şəkillərini sosial şəbəkədə paylaşıb. 
30 yaşlı supermodel Bianka dünyaca məşhur "Dolce & Gabbana" brendinin öndə gedən simalarından biridir.
Qeyd edək ki, B.Baltinin Məryəm Bikya Marzani adlı anası etnik azərbaycanlıdır. Bu barədə modelin bioqrafiyasının nümayiş edildiyi bütün sənədlərdə bildirilir. Dünyanın ən bahalı modellərindən biri olan cazibədar model də əksər müsahibələrində bildirib ki, gözəlliyi ona anasından keçib, buna görə də Azərbaycana minnətdardır.
Bianka bir müddət öncə Bakıda səfərdə olub. O iki gün paytaxtımızda qalıb.
Modelin sosial şəbəkədə paylaşdığı fotoları sizə təqdim edirik.
Qaynar.info