Xəbər lenti

Dünya çempionatlarının "qırmızı" tarixi
İdman08:22 10.11.2022

Dünya çempionatlarının "qırmızı" tarixi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünya çempionatları tarixinin ən aqressiv, "əsəbi" komandası müəyyənləşib.
Qaynarinfo-nun məlumatına görə bu ünvana Braziliya millisi sahib çıxıb. "Pentakampeonlar" indiyə qədər iştirak etdiyi dünya çempionatlarında ən çox qırmızı vərəqə (11 dəfə) görən komanda ünvanına sahibdir. Bu statistikaya əsasən, ikinci yeri Argentina (10 qırmızı vərəqə), üçüncü pilləni isə Uruqvay (9 qırmızı vərəqə) milliləri tutur. Cənubi Amerika ölkələri ilk 3 yeri tutduğu halda, Kamerun, Almaniya və İtaliya hərəyə 8, Niderland isə 7 qırmızı vərəqə ilə cəzalandırılıb.
Ən çox qırmızı vərəqə göstərilən çempionat hansı olub?
İndiyədək keçirilən 21 mundialda hakimlər 173 dəfə ciblərindən qırmızı vərəqə çıxarıb. 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatı ən çox qırmızı vərəqə göstərilən turnir kimi düşüb. Sözügedən yarışda ümumilikdə 28 qırmızı vərəqə göstərilib.
1950-ci Braziliyada 1970-ci ildə Meksikada keçirilən dünya çempionatlarında hakimlər heç bir oyunçunu meydandan qovmayıb.
Dünya çempionatında hakimlərə qırmızı və sarı vərəqə göstərmək səlahiyyəti 1970-ci ildə Meksikada keçirilən dünya çempionatında verilib. Lakin həmin yarışda hakimlər qırmızı vərəqə tətbiq etməyiblər. Buna qədər futbolçular meydandan vərəqə göstərilmədən qovulurdu və ya onlara xəbərdarlıq edilirdi. 
DÇ tarixində ilk qırmızı vərəqə
 
Dünya çempionatlarında ilk qırmızı vərəqə göstərən hakim türkiyəli Doğan Babacan olub. 1974-cü ildə Almaniyada təşkil olunan mundiala dəvət alan Babacan Berlində baş tutan Almaniya - Çili matçının 67-ci dəqiqəsində çilili futbolçu Karlos Kaszelini meydandan qovub. Bu, dünya çempionatları tarixinə ilk qırmızı vərəqə kimi düşüb. 
Bir matçda ən çox qırmızı vərəqə ilə cəzalandırılan komanda
Dünya çempionatında indiyədək bir matçda ən çox 4 qırmızı vərəqə göstərilib. Söhbət 2006-cı ildə Almaniyada keçirilən Portuqaliya - Niderland matçından gedir. Bu görüşdə rusiyalı referi Valentin İvanov 4 dəfə cibindən qırmızı vərəqə çıxarıb. Portuqaliya millisindən Kostinya (45+1 dəqiqə) və Deko (78 dəqiqə), Niderlanddan isə Xalid Bulahruz (64 dəqiqə) və Covanni Van Bronkhorst (90+5) meydandan qovulub. Həmin görüşdə Portuqaliya millisi Manişin qolu ilə 1:0 hesablı qələbə qazanıb və 1/4 finala yüksəlib.
DÇ final matçlarında ilk qırmızı vərəqə
DÇ-nin final matçlarında ilk qırmızı vərəqə 1990-cı ildə İtaliyada göstərilib. Qərbi Almaniya ilə Argentina arasında keçirilən final matçında amerikalıların futbolçusu Pedro Monzon 65-ci dəqiqədə meydandan qovulub. Beləliklə, Monzon düya çempionatlarının final matçlarında qırmızı vərəqə alan ilk futbolçu kimi tarixə düşüb.
Həmin qarşılaşmada Qərbi Almaniya 85-ci dəqiqədə Andreas Brehmenin penaltidən vurduğu qolla qalib gələrək (1:0) çempion olub. Bu matçda daha bir qırmızı vərəqə 87-ci dəqiqədə Argentina yığmasının futbolçusu Qustavo Dezottiyə göstərilib.
Səbuhi Həsənov