Xəbər lenti

Dünya elminin əfsanəsi Bakıya gəlir
Ölkə13:30 30.03.2013

Dünya elminin əfsanəsi Bakıya gəlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünya elminin əfsanəsi olan M.S.Svaminathan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri olan İsmayıl Seragəldin və Prezident Vaira Vike-Freiberganın dəvətini qəbul edərək Qəyyumlar Şurasına qoşulmaqdan qurur duyduğunu bildirib.

Diasporla İş üzrə Dövlət Komisətindən verilən məlumata görə, 1999-cu ildə "Times" jurnalına əsasən XX əsrin 20 ən nüfuzlu simasından biri olan Svaminathan Yaşıl İqtisadi İnqilabın atası sayılır. BMT-nin sabiq Baş Katibi Javier Perez de Cuelllar - 1970-ci ildə Nobel mükafatı, sonradan dünyanın ilk Ümumdünya Ərzaq Mükafatını alan Svaminathanı yaşayan canlı əfsanə adlandıraraq, dünya kənd təsərrüfatı elminin gələcək inkişafı məhz onun nəzəriyyələrinin üzərində qurulacaq. BMT-nin Ətraf Mühit Proqramı tərəfindən Ekoloji İqtisadiyyatın banisi kimi təqdim olunur.

Hindistanın milli sərvəti, Qandidən sonra ən nüfuzlu siması sayılan Cənab Svaminathan Ford Fondu, Rotschild Fondu, İsgəndəriyyə Kitabxanası Şurasına müxtəlif vaxtlarda rəhbərlik edib və dünyanın 200-dən çox ali təhsil müəssisəsi tərəfindən Fəxri Doktorluq, 40-dan çox Elmlər Akademiyası tərəfindən Fəxri üzvlüklə təltif olunub.

Svaminathan Nizami Gəncəvi kimi dahi şəxsin adını daşıyan mərkəzə qoşularaq, mədəniyyətinə və tarixinə daim maraq göstərdiyi Azərbaycana gəlmək imkanının olmasını yüksək qiymətləndirdiyini və keçmişlə bu günü birləşdirən bir ölkəyə dostları Federiko Mayor Zaragoza (YUNESKO-nun sabiq rəhbəri), İsmail Serageldin (İsgəndəriyyə Kitabxanasının direktoru) lə birgə Nizaminin irsinin gələcək nəsillərə çatdırılmasında birgə çalışacaqından qürur duyduqunu bildirir./Anspress/