Xəbər lenti

Ekonomiks 17:22 05.07.2024

"Dünya Göz" cərimələnə bilər

"Dünya Göz Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində gömrük qaydaları əleyhinə olan (Gömrük təminatının pozulması) inzibati xəta protokolu tərtib olunub.  

Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsinə əsasən, gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə fiziki şəxslər 400 manat, vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər 1000 manat məbləğində cərimə edilir.

İş Xəzər Rayon Məhkəməsinin hakimi Hüseyn Hüseynlinin icraatındadır. 

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->