Azərbaycanın sərbəst güləşçisi Əhmədnəbi Qvarzatilov Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda yarımfinal görüşünə çıxıb.
Qaynarinfo-nun məlumatına görə, 61 kq-da mübarizə aparan idmançı tacikistanlı Muhamad İkromovla qarşılaşıb.
Rəqibinə 8:1 hesabı ilə qalib gələn Qvarzatilov adını finala yazdırıb.