Xəbər lenti

Dünya Neft Konqresi təxirə salındı
Ekonomiks19:07 14.05.2020

Dünya Neft Konqresi təxirə salındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu il dekabrın 6-dan 10-dək Hyustonda keçirilməsi nəzərdə tutulan 26-cı Dünya Neft Konqresi 2021-ci il dekabrın 5-9-na təxirə salındı.
"Report” xəbər verir ki, bu barədə tədbirin Təşkilat Komitəsinin açıqlamasında bildirilir. 
"COVID-19-un səhiyyə, təhlükəsizlik, səyahətlərin məhdudlaşdırılması, dünya neft sənayesi də daxil olmaqla müxtəlif sahələrdəki fəsadlarının geniş yayılması dünya üçün fövqəladə təhlükələr yaradaraq neft-qaz sektoruna çox böyük ziyan yetirib”, - açıqlamada qeyd olunub.
Xatırladaq ki, tədbirin təşkilatçısı Dünya Neft Şurası 1933-cü ildə təsis edilib və qərargahı London şəhərində yerləşir. Qurumun 65 üzv ölkəsi arasında ən böyük neft istehsalçıları olan Səudiyyə Ərəbistanı, Rusiya və ABŞ da var.