"Ukrayna və xüsusən Qarabağ cəbhəsində özünü doğrultmaması, intellekt baxımından geri qalması səbəbindən dünyada Rusiya silahlarına maraq azalır”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli son zamanlar Əlcəzair, İndoneziya və Hindistanın timsalında bir sıra dövlətlərin Rusiya silahlarını almaqdan imtina etmələrinə münasibət bildirərkən deyib:
"Rusiya silah istehsalına görə ABŞ-dan sonra dünyada ikinci yeri tutur. Düzdür, Rusiya silah cəbhəsi və ordunun gücünə görə ABŞ Ordusundan xeyli geri qalır.
Son zamanlar Rusiya silahlarının, xüsusən də yaxın regionumuzda baş verən əməliyyatlarda nümayişi onun üçün heç də uğurlu olmayıb. Yəni Rusiya silahları Ukrayna və Qarabağda özünü doğrultmadı. Həmin bölgələrdə cərəyan edən hərbi səhnələr göstərdi ki, Rusiya artıq silah satışında təşəbbüsü əldən verməyə başlayır. Şimal ölkəsi silah satışında ikinci yerini qoruyub saxlasa da, bu ölkənin hərbi istehsalı olan məhsullar müasir dünyanın ən müasir silahlarından xeyli geri qalır”.
Həmsöhbətimizə görə, Rusiya silahları barədə belə vəziyyətin yaranmasına səbəb olan digər amil bu ölkənin silah bazarında intellekt baxımından geri qalması ilə bağlıdır:
"İntellekt baxımından Rusiya özünü doğrulda bilməyib. Azərbaycan 44 günlük savaşda ən müasir silahların gücünü, potensialını nümayiş etdirdi. Hansı ki, bu silahlar arasında Rusiya istehsalı olan silahlar yox idi. Yaranmış vəziyyət Rusiyanın silah satışı rəqabətində daha da uduzacağına gətirib çıxara bilər. Rəqabətin artması səbəbindən Rusiya silahlarına maraq azalır. Bu da digər ölkə silahlarının Rusiya istehsalı olan silahlardan daha güclü olmasından qaynaqlanır”.
Qeyd edək ki, Əlcəzair aktiv fazalı antena sırasına malik radar stansiyasının olmaması səbəbindən Rusiyadan Su-35 qırıcılarını almaqdan imtina edib. Ötən aytın sonlarında isə həmin qırıcılarla bağlı İndoneziya da anoloji addım atıb.
Rüfət Sultan