Məşhur ABŞ aktyoru Tom Hanks sosial media hesablarından verdiyi açıqlamada, həyat yoldaşı Rita Uilsonla birlikdə Avstraliyada koronavirus xəstəliyinə tutulduğunu açıqlayıb.
Qaynarinfo CNN Türk-ə istinadla xəbər verir ki, bu haqda o öz Tvitter hesabında məlumat yayıb.
İki Oskar mükafatçısı Tom Hanks həyat yoldaşı Rita Uilsonla birlikdə Avstraliyaya çəkiliş üçün getdiklərini, orada özlərini narahat hiss etdiklərini və analizlərdən sonra yeni növ koronavirusa (Covid-19) yaxalandıqlarının məlum olduğunu qeyd edib.
Hanks gedən proseslə bağlı hər kəsə məlumat verəcəklərini bildirib.
Alpər