Xəbər lenti

Dünya ulduzunun vəziyyəti yenidən pisləşib
İdman18:09 27.11.2014

Dünya ulduzunun vəziyyəti yenidən pisləşib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əfsanəvi braziliyalı futbolçu Pelenin vəziyyəti yenidən pisləşib. 

Qaynar.info ANS PRESS-ə istinadən xəbər verir ki, 3 qat dünya çempionu San-Paulo klinikalarından birinin reanimasiya şöbəsinə köçürülüb.

Son ay ərzində 74 yaşlı Pele iki dəfə xəstəxanaya düşüb. Əvvəl braziliyalı mədə ağrıları səbəbindən xəstəxanaya yerləşdirilmişdi, sonra böyrəklərindən əməliyyat olunmuşdu. Daha sonra Pele sidik yollarının infeksiyasına görə xəstəxanaya müraciət etmişdi. 

Qaynar.info