"Hazırda dünyanın maliyyə sistemi köklü dəyişikliklər astanasındadır. Söhbət yəqin ki, artıq bir neçə ildən gedir. Baş verən geosiyasi hadisələr də əslində bunun ətrafındadır. Bir sözlə, mal davasıdır”.
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Əkrəm Həsənov deyib.
Onun sözlərinə görə, mövcud pul sistemi dəyicəşək, qlobal pul vahidləri sadəcə konfet kağızına çevriləcək:
"Misli görünməmiş qlobal maliyyə piramidası çökəcək. Bundan udan yalnız qlobal maliyyə sistemini idarə edənlər olacaq. Əksər ölkələr, habelə zəngin insanlar xeyli vəsait itirəcək. Kasıbların vəziyyəti isə daha da ağırlaşacaq. Heç kəsə və heç yerə də şikayət etmək mümkün olmayacaq. Deyəcəklər ki, məgər sizə sabit pul vəd edən olmuşdumu? Koronavirus kimi bəlalar da yəqin artacaq ki, insanlar nəsə tələb etmək halında belə olmasınlar və yalnız canlarının və təhlükəsizliklərinin hayında olsunlar”.
Əkrəm Həsənov bildirib ki, insanlar özlərini ondan sonrakı dövrə hazırlamalıdır:
"Necə? Real iqtisadiyyatı inkişaf etdirməliyik. Yəni sənaye və kənd təsərrüfatını. Bunun üçün isə normal məhkəmə-hüquq sistemi olmalıdır ki, ölkədə əminlik hissi güclənsin. Vaxt azdır...”
Bahar