Xəbər lenti

Dünyanın ən yaşlı kişisi öldü
Ölkə07:24 09.06.2014

Dünyanın ən yaşlı kişisi öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyanın ən yaşlı kişisi 111 yaşında dünyasını dəyişib. 

Anspress-in məlumatına görə, ABŞ-ın Nyu-York şəhərində yaşayan qoca Aleksander Imiç əslən Polşa vətəndaşı idi. Dünyanın ən yaşlı kişisi adını bu ilin aprel ayında alan Imiç 1903-cü ildə dünyaya gəlib. O, 1939-cu ildə Polşada müharibə getdiyi bir zamanda həyat yoldaşı ilə birgə ölkədən qaçıb. Bir müddət SSRİ-də yaşadıqdan sonra 1951-ci ildə ABŞ-a köçən İmiç burada parapsixologiya ilə məşğul olurdu. 

Aleksander Imiçin həyat yoldaşı 1986-cı ildə vəfat edib. O, uzun müddət yaşamağını sağlam qidalanmaya borclu olduğunu söyləyib. İmiç eyni zamanda gimnastika və üzgüçülüklə məşğul olub. 

Qeyd edək ki, dünyanın ən yaşlı insanı 116 yaşındakı yaponiyalı qadın Misao Okavadır. İkinci ən yaşlı insan İmiç idi, üçüncü ən yaşlı insan isə Imiçdən bir gün sonra anadan olan 111 yaşındakı Sakari Momoidir.

Qaynar.info