Xəbər lenti

Dustaqlara keyfiyyətsiz yemək verilir?
Ölkə08:53 14.03.2013

Dustaqlara keyfiyyətsiz yemək verilir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ədliyyə Nazirliyi Penitensiar Xidməti Cəzaçəkmə Müəssisələrində məhbuslara keyfiyyətsiz yeməklər verilməsi barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında bildirib ki, bu barədə bəzi KİV-də yayılan məlumatların heç bir əsası yoxdur: “Əvvəla, onu qeyd etməliyəm ki, bu gün cəzaçəkmə müəssisələrindəki yeməkxanaların hamısı müasir standartlara cavab verən avadanlıqlarla təchiz edilir və həmin yeməkxanalarda yüksək keyfiyyətli ərzaqlardan istifadə olunur. Yeməkxanalarda istifadə olunan ərzaqlar isə xüsusi şəraitdə saxlanılır. Həmçinin yeməkxanalarda çalışan aşpazlar isə müxtəlif treninqlərə cəlb edilirlər. Cəzaçəkmə müəssisələrində çalışan aşpazlara ölkənin ən yaxşı və təcrübəli aşpazları treninq keçir, onlar daha yaxşı və keyfiyyətli yeməklər hazırlamağı öyrənirlər”.