Xəbər lenti

Dövlət adı altında talançılıq - ARAŞDIRMA
Ölkə05:44 24.02.2015

Dövlət adı altında talançılıq - ARAŞDIRMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
...Hər şey Qurban Abbasov küçəsi, 33 ünvanındakı binanın (Səbayel Rayon Məhkəməsinin binasının düz böyründə, Dövlət Bayraq Meydanından bir qədər aralıda) sakinlərinin polisin gözü önündə küçəyə atılmasından başlamışdı.

Virtualaz.org və haqqin.az saytları bu haqda yazmış və bildirmişdi ki, həmin bina dövlət tərəfindən qorunan arxitektura əhəmiyyətli tikililər siyahısına daxil idi. Məhz idi...

Həmin hadisəni qısaca yada salaq ki, bütün Bayıl yamacına sahiblənmək istəyən mütəşəkkil cinayətkar dəstənin əməllərinin mahiyyətini anlamaq çətin olmasın.

O zaman həmin binaya gələn üç nəfər özlərini sakinlərə icra hakimiyyətinin işçiləri kimi təqdim etmişdi. Onlardan biri - Arzu Məmmədov bu ərazidəki torpaqların dövlət ehtiyacları üçün alınması barədəki qanunun tələblərini əsas gətirərək bildirmişdi ki, bu bina söküləcək, sakinlərin buradan yığışıb köçmək üçün bir ay vaxtları var.

Bina sakinləri kompensasiya barədə sual verəndə A.Məmmədov onlara belə cavab vermişdi: “Qanuna görə, sakinlərə hər kvadratmetr yaşayış sahəsi üçün 1000-2000 manat arasında kompensasiya veriləcək”.

A.Məmmədov sakinlərin maddım-maddım baxdığını görərək amiranə səslə əlavə etmişdi: “Yadınızda qalsın: dövlət alver eləmir”.

Bu ultimatumdan bərk qorxmuş bina sakinləri elə həmin gün hərəsi öz kanalı ilə araşdırıb öyrənmişdilər ki, Arzu Umud oğlu Məmmədov və onun yanında olan idmançı görkəmli, qalstuklu iki adamın heç biri nə Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH), nə də paytaxtın hər hansı bir rayonunun icra hakimiyyətində işləmirlər, BŞİH-də və RİH-lərdə ştatda ümumiyyətlə belə adamlar yoxdur, orada belə adamlar tanımırlar...

A.Məmmədov və adamları yenidən gələndə sakinlər bunu onların özlərinədə deyiblər. Amma A.Məmmədov və dəstəsi bunu nəinki heç vecinə dəalmayıb, hətta sakinlərə hədə-qorxu da gəlib: “Siz kimsiniz ki,bizdən arayış tələb edirsiniz? Sizin müraciət etdiyiniz instansiyalarevinizin sökülməsi qərarını haradan bilsinlər? Bilə də bilməzlər. Bunaimkanları çatmaz. Siz məndən sənəd tələb edirsiniz. Mən də deyirəm:sənəd mən özüməm, bir də yanımdakı bu adamlardır. Biz canlı sənədlərik!Bizə sizin evinizi sökmək səlahiyyəti lap yuxarılardan verilib. Əgərdurub hüquqdan-qanundan danışmağa başlasanız, axırı yaxşı olmayacaq.Bilirik ki, bəziləriniz polisə müraciət etmisiniz. Orada da deyiblər ki,məsələdən xəbərdardırlar. Düzdürmü?”

Sakinlər susub. Çünki belə idi. Yoxsa polis o dəqiqə hadisə yerinə gələrdi.

Sakinlərin qorxduğunu hiss edən A.Məmmədov səsinin tonunu qaldırıb:“Bir aydan sonra kim buradan çıxmasa, biz polis-zad gözləmədən hamınınmitilini küçəyə atacağıq”.

Buna etiraz etmək istəyənlər hədələnib. A.Məmmədovun yanındakıidmançı cüssəli şəxslərdən biri - Rasim Əliyev xüsusilə canfəşanlıqedib: “Siz kimsiniz axı?”

“Mən 13 saylı mənzilin sahibi Rinat Boqautdinovam. Heç olmasa sizəsöküntüyə icazə verən sənədi göstərin” - deyə sakinlərdən biri bildirib.

R.Əliyev cavabında yumruqlarını göstərib: “Bu da sənəd. BizPrezident Administrasiyasının zərbə dəstəsiyik. “Spesnaz” kimi birşeyik. Boşboğazları yerində oturduruq...”

Boqautdinovlar ailəsi və daha iki ailə inad göstərib evlərindənçıxmayacaqlarını, 60 kvadratmetr yaşayış sahəsi üçün cəmi 80 min manatverilməsinin xəsislik və fırıldaqçılıq olduğunu bildirəndə açıq hədə iləüzləşiblər.

A.Məmmədov onları qorxudub: “Siz bilirsinizmi ki, kimə qarşıçıxırsınız? Buranı almaq istəyən şəxs çox böyük adamdır. Onun bir sözüilə sizi ilim-ilim itirərlər”.

Bu ailələrin əşyaları elə həmin gün küçəyə tökülüb...

Hələ o zaman sual yaranmışdı: bütün bunların arxasındadoğrudanmı Arzu Məmmədov adlı şəxs dayanır? Axı evlərin sökülməsinin vəsakinlərin köçürülməsinin dövlətin maraqlarına uyğun aparıldığına dairhökm çıxarmış hakim Rauf Əhmədovun qəribə və qanunsuz qərarı da bunudolayısı ilə təsdiqləyirdi. Lakin...

Məhkəmələrin, polislərin, BŞİH-in araşdırmaq istəmədiyi, dahadoğrusu, araşdırmağa qorxduğu məsələni haqqin.az saytının əməkdaşlarıaraşdırmağa nail olub. Bəlli olub ki, Arzu Məmmədov və dəstəsi eynikomandanın üzvləridir, necə deyərlər, eyni gəminin ekipajıdır. Bayılbuxtasında dayanan və üzərinə “Azer İmport” yazılan gəminin... Onlarınisə heç bir “spesnaz”a aidiyyəti yoxdur. Axı heç PrezidentAdministrasiyasında belə bölmə də yoxdur...

***

Biz o zaman “Azer İmport”un həmin kompensasiya oyunundanyazanda əslində başqa bir mətləbin də üstünü açmışdıq. O zaman DövlətBayrağı Meydanı İdarəsinin rəisi Rəşad Məmmədov bizi heyrətləndirənaçıqlama vermişdi. O, məsələyə reaksiya verərək “Azer İmport”a heç birbağlılğının olmadığını bildirmişdi. Dediyindən belə çıxırdı ki, həminşirkətin sahibi Azər Əsgərov adlı biridir.

Amma Arzu Məmmədovun ağzından qaçırdığı sözlər başqa məsələləri günişığına çıxardı. Rəşad Məmmədovun 33 saylı binanın ələ keçirilməsindəkiiştirakı artıq şübhə doğurmurdu. Hüquqi və kommersiya bicliklərindəyaxşı təcrübəsi olan Rəşad Məmmədov 2011-ci ildə Dövlət Bayrağı Meydanıİdarəsinin rəisi olandan sonra “Azer İmport”u üçcə günün içində yaxınqohumu Azər Əsgərova “satıb”. Əslində firmanı onun adına keçirərəksənədləşdirib. Axı R.Məmmədov dövlət məmuru kimi daha leqal biznesləməşğul ola bilməzdi.

Amma sual yaranır: Azər Əsgərov ağlına Bayraq Meydanıətrafında olan ərazilərin hamısını ələ keçirmək kimi dahiyanə ideyagəlmiş xozeyininin, yəni R.Məmmədovun əmrindən çıxa bilərdimi?

Elə görünə bilərdi ki, 33 saylı bina ilə bağlı baş verənlər yeganə,istisna haldır. Amma yox! Məlum olur ki, “Azer İmport”un komandasıxoşuna gələn yerlərin hamısını 2011-ci ildən etibarən gözaltı eləyib. Buərazidəki qiymətli daşınmaz əmlakı - evləri, biznesmenlərin obyekt vəofislərini ələ keçirmək taktikası yürütməyə başlayıb. Bütün yazılmış vəyazılmamış qanunlara məhəl qoymadan...

Bunu təsdiqləyən bir faktı deyək. Onu haqqin.az saytının müxbirinəBayıl qəsəbəsi, Xanlar küçəsi, 8 saylı ünvandakı obyektin - “Unikal LTDCo” şirkətinin işçiləri hələ bir müddət əvvəl danışmışdılar. Onlar ovaxt deyirdilər ki, həmin binanın yarısı uçurulub. Belə məlum olub ki,bina, daha doğrusu, onun yerləşdiyi əlverişli ərazi “Azer İmport”unsahiblərinin diqqətini cəlb edib və onlar bunu ələ keçirməyə çalışıblar.“Unikal LTD Co” şirkətinin ofisinin yerləşdiyi bu bina “Azer İmport”unhücumlarına tuş gəlib. İş o yerə çatıb ki, ofisin işçiləri binanı “Azerİmport”un hücumlarından qorumaq üçün binanın qarşısında gecə-gündüznövbə çəkiblər. Özü də ofisin ərazisini yük maşınları ilə dövrələməklə..

“Unikal LTD Co” şirkətinin əməkdaşlarının dediyinə görə,“Azer İmport”dan olanlar özlərini əsl qanqster kimi aparırımış. Gündüzgünorta çağı ağır texnikanı tökərək binanı uçurmaq istəyiblər. Ammaofisin işçiləri buna mane olub. Düzdür, o zaman söküntü dayanıb, “Azerİmport”un o ərazini ələ keçirmək cəhdləri isə yox. “Azer İmport” başqabir şirkətin qanuni obyektini sökməyə gələrkən əlində buna heç biricazə, rəsmi sənəd, məhkəmə qərarı və əsas olmayıb. Şirkətə heç adicəxəbərdarlıq da edilməyib. Sadəcə özləri ilə bir neçə polis də gətirərəksökməyə başlayıblar.

Söküntü işləri yalnız “Unikal LTD”nin sahibi hadisə yerinə gəlibçıxanda dayandırılıb. O, obyektinin mülk kağızını (“kupça”) göstərəndənsonra “Azer İmport”dan gələnlər çıxıb gediblər. Məlum olub ki, “UnikalLTD”nin sahibi bu binanı hələ 2008-ci ildə 350 min manata və tam qanunişəkildə alıbmış. Təmirə və mebel təchizatına isə daha 160 min manatxərcləyibmiş!

“Azer İmport” isə heç nəyə məhəl qoymadan onun yarısını söküb.“Unikal LTD” əməkdaşları aylar uzunu növbə çəkiblər ki, “Azer İmport”dangəlb ofislərinin binasını tam sökməsinlər. Nəticədə şirkətin işi iflicolub, o, xeyli ziyana düşüb.

Maraqlıdır, Arzu Məmmədov hələ o zaman deyirmiş ki, onların “Azerİmport” şirkəti bu ofisi söküb yerində yaraşıqlı bina tikəcək, çünki“Unikal LTD”nin ofisi guya Bayraq Meydanının görünüşünü korlayır.“Unikal LTD”nin işçiləri isə cavabında deyib ki, bina tikmək lazım olsa,elə özləri də tikər.

O zaman A.Məmmədov qarşı tərəfi hədələyib və belə deyib:“Buna heç kim icazə verməyəcək. Əgər siz burada bina tikməyə cürətetsəniz, Ekologiya Nazirliyi ağacları kəsdiyinizə görə sizicərimələyəcək. Bilmək istəsəniz, əslində “Unikal LTD”nin sahibi buradabina tikmək istəyirdi. Amma BŞİH buna icazə vermədi. Ekologiya Nazirliyiisə şirkətinizi hədələdi ki, əgər burada bir ağac kəsilsə, məhkəməyəveriləcəksiniz. Çünki bu ağaclar kəsilsə, yamacda sürüşmə olacaq”.

“Unikal LTD” işçilərinin sözlərinə görə, “Azer İmport”dan gələnlərArzu Məmmədov və Rasim Əliyev adlı şəxs özlərini o qədər harın aparırmışki, az qala “Unikal LTD”nin işçilərini də döyəcəkmişlər. Deyirmişlərki, siz çox zəif adamlarsınız, keçin bizim tərəfə, bizim nəAbutalıbovla, nə polislə, nə prokurorluqla, nə də nazirliklərlə heç birproblemimiz yoxdur, Rəşad Məmmədov isə Azər Əsgərova sizə yaxşı maaşverməyi də tapşırıb və s.

Bir sözlə, Arzu Məmmədov “Unikal LTD”nin işçilərini ələ almağa, satınalmağa çalışıb. Amma bu cəhdləri nəticəsiz qalıb. Onlar rədd cavabıalandan sonra qəzəbli halda geri dönüblər. Amma tezliklə yenidənqayıdaraq gətirdikləri nağd pulları “Unikal LTD”nin əməkdaşlarınagöstəriblər. Onları bu yolla şirnikləndirməyə çalışıblar. Amma yenəfaydası olmayıb...

Bu məlumatları alandan sonra haqqin.az saytı olaraq “Azer İmport” şirkəti ilə bağlı araşdırmaya başladıq.

Bu şirkətin adına Azad Sahibkarlığa Yardım İctimai Birliyininməlumatlarında iki dəfə rast gəlmək olar. 2011 və 2012-ci illərə aidməlumatlarda “Azer İmport”un adı hər dəfə neqativ planda keçir. Ohesabatlardakı quru faktlardan belə məlum olur ki, “Azer İmport” heçnəyə məhəl qoymadan və hüquq-mühafizə orqanlarının fəal dəstəyi iləinsanların şəxsi mülklərini, evlərini, obyektlərini, torpaq sahələriniələ keçirməklə məşğul olub.

“Azer İmport” bu əməlləri ilə hələ 2010-cu ildən “məşhurlaşıb”. Bunuda nəzərə alaq ki, şirkət özünü məhz dövlətin irimiqyaslı təmir-tikintiişlərinə başladığı vaxt göstərməyə başlayıb. Buzovna-Zuğulba-Bilgəh yoluçəkiləndə şirkət orada peyda olub. Bu yolun hər iki tərəfi boyuncavətəndaşlara məxsus mülklər, torpaq sahələri uzanıb gedirdi. “Azerİmport”un komandası həmin əraziləri təzyiq yolu ilə ələ keçirdi.

M.Məmmədova adlı sahibkar öz mağazasından beləcə məhrum olanlardanbiridir. Ona məxsus olan 120 kvadratmetrlik ərazi çox müəmmalı şəkildə“Azer İmport”un əlinə keçib.

Buzovna qəsəbəsinin sakinləri A.Baxşıyevin, M.Məmmədovun, V.Əliyevinvə digərlərinin halal mülkləri də şirkət tərəfindən eyni yolla - təzyiqvə quldurluq yolu ilə qəsb edilib. Bu qəsbkarlıq əməliyyatı polisnəzarəti altında həyata keçirilib.

Bu açıq banditizmin qurbanı olan vətəndaşların üz tutduqlarıməhkəmələr isə elə qərarlar veriblər ki, bunu sağlam ağılla dərk etməkmümkün deyil. Həmin qərarlar konstitusiyanın bütün müddəalarınınüstündən çalın-çarpaz xətt çəkir...

Əvvəlki illərə aid bu faktı xatırlamağa əsas var. “Unikal LTD”şirkətinin əməkdaşları bu günlərdə haqqin.az saytının redaksiyasınayenidən müraciət edib və kömək istəyiblər.

“Dərdimizi deməyə yer tapmırıq. Bizi heç yerdə dinləmək istəmirlər.“Azer İmport”un adı çəkilən kimi hamının sifəti qaralır. Hamı yaxasınıkənara çəkir. Halbuki o şirkət bizi qarət edib. Bizim bir ümid yerimizvar. Eşitdiyimizə görə, sizin saytın məqalələrini hakimiyyətnümayəndələri də oxuyurlar. Ona görə sizə müraciət edirik.

Biz öz obyektimizi qoruya bilmədik. Baş direktorumuz dahücumların qarşısında tablaya bilmədi. O, bizə obyektin mühafizəsinidayandırmaq göstərişi verdi. Bircə gündən sonra qayıdıb gördük ki, ofisyoxdur, uçurublar. Obyektin sahibinə tam kompensasiya da vermədilər.İndi başqa yerdə ofis kirayələyib oturur. Bizim obyektin yerində hazırdalüks bir çoxmərtəbəli iqamətgah ucaldılmaqdadır. Oradakı ağaclar dakəsildi. Baxmayaraq ki, Azər Məmmədov bizim ofisin sahibini ondaEkologiya Nazirliyi ilə, məhkəmə ilə, sürüşmə ilə hədələyirdi.

Dənizə panoraması olan o binada bir kvadratmetrin qiyməti azı 10 minmanat olacaq. Bunu özümüzdən demirik. Bunu bizə özünü həmin binanınsahibi kimi təqdim edən Niyazi Orucov adlı qəribə bir adam deyib. NiyaziOrucov bu bina haqda danışanda heç vaxt “mənim binam” demir, “bizimbinamız” deyir. Bilirsinizmi niyə? Çünki bina onun deyil, o, sadəcəhəyasızcasına qəsb edilmiş bir obyektin yerində tikilən binadangötürəcəyi gəliri hesablayır” - deyə “Unikal LTD” şirkətinin əməkdaşlarıbildirdi.

Orucov soyadı bəzi detalların fonunda bu sətirlərin müəllifinə dətanış gəldi. Orucov soyadı “Azer İmport” şirkəti Qurban Abbasov küçəsi,33 ünvanındakı binanı köçürən zaman da çəkilmişdi.

O vaxt cib dəftərçəmə yazdığım qeydlərdən bunları oxuyuruq: “Alıcıqismində həmişə eyni bir adam çıxış edir - “Azer İmport” şirkətinin“sadə, sıravi” əməkdaşı Niyazi Orucov. Görünür, Orucov öz adının heç birvergi sənədinə düşməsini istəməyən və buna nail olan gizli milyonçudur.Orucov leqal bizneslə məşğul olsaydı, vergi ödəməli idi. Əgərqeyri-leqal bizneslə məşğuldursa, bunu necə edir? Bu, vergi orqanlarınayox, prokurorlara ünvanlanan sualdır. Axı alqı-satqı aktlarından dagörünür ki, bu adam həmin binadakı mənzillərin alqı-satqısına 4 milyonmanatdan çox vəsait ayırıb. Bəs bu necə olur ki, vergi əməkdaşlarınıntanımadığı bu milyonçunu Hacıbala Abutalıbov tanıyır? Bu Niyazi OrucovunHacıbala Abutalıbova bircə məktub yazması kifayət idi ki, BŞİH onun heçbir icazə olmadan tikdiyi çoxmərtəbəli yaşayış binasını qanuni tikilikimi tanısın. Və Niyazi Orucov 365 saylı sənədi “kristal təmiz” merdənartıq səhərisi gün - 2013-cü il, sentyabrın 13-də alsın...”

“Unikal LTD” əməkdaşlarının dediklərinə görə, onların ofisidə N.Orucovun təmsil olunduğu, daha dəqiq desək, üzvü olduğu bukomandanın güdazına gedib. “Unikal LTD”yə məxsus ofis dağıdılıb, bunuəvəzində onun sahibinə yarım milyon manat ödənilib. O da məhkəmələrə üztutmağa həvəs göstərmir, çünki bu işin perspektivsiz olduğunu bilir.

“Unikal LTD”nin direktoru bu işlə məşğul olmağı əvvəlcə birhüquqşünasa həvalə edib. Lakin həmin vəkil “Azer İmport”un arxasındadayanan qüvvələrlə üz-üzə gələndən sonra dərhal qorxaraq geri çəkilib vəbu işdən imtina edib. Hazırda bu işlə digər vəkil məşğuldur. “UnikalLTD”nin direktoru indi öz işləri ilə məşğul olmağa daha çox üstünlükverir, məhkəmə çəkişməsini ikinci plana keçirib. Bir dəfə ondanəmlakının taleyini, məhkəmə çəkişməsinin perspektivsiz olduğunubilə-bilə bu işə niyə qol qoyduğunu soruşublar. O da yumorla cavab veribki, “tutsa - qatıq, tutmasa - ayran”.

Zarafat öz yerində, bu iş adamı böyük zərərə məruz qalıb.

Öyrənirik ki, “Unikal LTD”nin əmlakının qəsb olunmasıməsələsi ətrafındakı hüquqi çəkişmə ilə hazırda məşhur vəkil KamandarNəsibov məşğul olur. Vəkil bizimlə söhbətində dedi ki, “Unikal LTD”yəməxsus binanı sökmək üçün “Azer İmport” şirkətinə heç vaxt və heç kimtərəfindən hər hansı icazə, qərar, sərəncam verilməyib. “Azer İmport”aözəl mülk olan həmin binanın yerində hər hansı tikinti işləri aparmağada heç bir icazə verilməyib. Bundan başqa, hətta bütün tikinti işlərinindüzgün və savadlı aparılmasına ciddi nəzarət edən FHN kimi məsuliyyətliqurum da “Azer İmport”un həmin ərazidə bina tikməsini təqdir etməyib.

Belə çıxır ki, “Azer İmport” şirkəti komandasının Bayıl yamacındatörətdiyi əməl də Buzovna-Zuğulba-Bilgəh yolunun hər iki tərəfindəəvvəllər yol verdiyi qanunsuzluq kimi mahiyyətcə açıq-aşkarquldurluqdur. Belə ki, bu adamlar ciblərini doldurmaq üçün bütünqanunları pozub, ayrı-ayrı vətəndaşlara məxsus qanuni mülkiyyəti zorlaonların əllərindən alıblar.

“Bizdə insanların əmlak hüququnun qorunması ilə bağlıvəziyyət yaxşı deyil. Hərçənd ki, bu sahədəki qanunlarımız çox yaxşıdır.Qanunlara sadəcə məhəl qoyulmur, vəssalam. Üzr istəyirəm, qanunlarıhamının gözü qarşısında həyasızcasına zorlayırlar. Məni də, həmkarlarımıda bu məsələdə bir şey daha çox narahat edir, hətta qorxudur. Beləpresedentlərin mümkün inkişafı faciəyə gətirib çıxara bilər. Ortayaürəkli oğlanlar çıxa və öz konstitusion hüquqlarını, şəxsi əmlakınıbaşqa cür, amerikansayağı qoruya bilər. Məsələn, evindəki qanuni-icazəlisilahını götürüb onun əmlakını ələ keçirmək istəyən adamları güllələyəbilər. Bizim ölkəyə belə şeylər lazımdırmı?!” - deyə Kamandar Nəsibov sual edir.

Bunu nə danışdığını yaxşı bilən təcrübəli hüquqşünas deyir. Onunlarazılaşmamaq çətindir. Amma “Azer İmport” adlı mütəşəkkil cinayətkardəstə hələlik öz işindədir. Deməli, biz hələ neçə-neçə belə qəsbkarlıqfaktlarını eşidə bilərik. Bunu istəməsək də...

P.S. Məsələ bu əmlak davası barədə oxuduqlarınızla da məhdudlaşmır. Bu iş üzrə məhkəmə hökmünün çıxmasını gözləyək.

Virtualaz.org