Xəbər lenti

Dövlət başçısından məcburi köçkünlərə müjdə
Ölkə19:59 09.04.2018

Dövlət başçısından məcburi köçkünlərə müjdə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu il 20 min köçkün yeni mənzillərlə təmin ediləcək
Bu il ən azı 4 min ailə — 20 min köçkün yeni evlərlə, mənzillərlə təmin ediləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib.
"Məcburi köçkünlər üçün bu il yeni evlər istifadəyə veriləcək. Bu il ən azı 4 min ailə — 20 min köçkün yeni evlərlə, mənzillərlə təmin ediləcək. Keçən il 2300 ailə — yəni, 12 min köçkün evlərlə təmin edilib. Beləliklə, ilin sonuna qədər evlərlə, mənzillərlə təmin edilmiş köçkünlərin sayı təxminən 285-290 minə çatacaq", — deyə dövlət başçısı bildirib.