
Ağır Cinayətlər dair işlər üzrə Məhkəmədə dövlət ittihamçısı həbs olunan Nida-çılarla bağlı həbs istəyib.
Qaynar.info xəbər verir ki, bu haqda məlumatı vəkil Fariz Namazlı yazıb.
Dövlət ittihamçısı Zaur Qurbanlıya 8 il 6 ay, Rəşadət Axundova 8 il 6 ay, Rəşad Həsənova 8 il, İlkin Rüstəmzadəyə 8 il 6 ay, Bəxtiyar Quliyevə 8 il, Məmməd Əzizova 8 il, Şahin Novruzluya 6 il 6ay, Üzeyir Məmmədliyə 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.
Qaynar.info