Xəbər lenti

Əbdül Əbilovun işi Ali Məhkəməyə gedəcək
Siyasət10:57 21.07.2014

Əbdül Əbilovun işi Ali Məhkəməyə gedəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İyulun 21-i Bakı Apellyasiya Məhkəməsində bloqçu Əbdül Əbilovun işindən verilən şikayət üzrə proses keçirilib.

Əbdül Əbilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, ötən il noyabrın 22-də tutulub. Bloqçu narkotik alverində təqsirli bilinib. Ailəsi isə onun “Facebook”dakı fəallığına görə həbs olunduğunu deyir. Əbdül Əbilov “Facebook”da “Yaltaqlara dur deyək” səhifəsinin idarəçisi olub.

“Media forum” saytının məlumatına görə, bu gün prosesdə iki vəsatət verilib. Mübahisəli məsələlərə aydınlıq gətirilməsi üçün verilən vəsatətlər təmin olunmayıb və prosesi avqustun 12-nə qalıb. Apellyasiya instansiyasının ilkin baxış qərarından Ali Məhkəməyə şikayət veriləcəyi bildirilir.

Prosesdən öncə məhkəmədə dustaqların gözləməsi üçün nəzərdə tutulan otaqda insident yaşanıb: “Əbdülün də olduğu gözləmə otağında kriminal aləmdə Lotu Quli və Rövşən Lənkəranski adı ilə tanınan şəxslərin tərəfdarları arasında dava düşüb. Məhkəmə nəzarətçiləri davanı sakitləşdirmək üçün həmin otağa qaz sıxıblar. Bu zaman Əbdül Əbilov sıxılan qazdan xəsarət alıb. Sıxılan qazın səhvən birbaşa onun üzərinə sıxılması nəticəsində onun əli yanıb, gözləri qızarıb”.

Qaynar.info