Xəbər lenti

“Əbədi ömrün yüz ili” kitabı çap olunub
Sənət11:37 25.04.2023

“Əbədi ömrün yüz ili” kitabı çap olunub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ulu Öndər Heydər Əliyevin yüz illiyinə həsr olunmuş "Əbədi ömrün yüz ili” kitabı nəşr olunub. 
Kitaba Heydər Əliyev haqqında tanınmış söz və bilim adamlarının bədii-publisistik məqalələri, esse və xatirələri daxildir.
Azərbaycan Yazıçılar Birliyinin üzvü olan müəlliflərin əksəriyyəti bu böyük və müdrik insanı şəxsən tanıyıb, onunla yaxından təmasda olublar.  Ona görə də bu kitab Heydər Əliyevi yaxından tanımaq, ölkəmiz qarşısındakı misilsiz xidmətlərini  daha dərindən anlamaq üçün qiymətlidir və dəyərli mənbədir.
Layihə rəhbəri, tərtibçi (AYB mətbuat katibi Xəyal Rza ilə birlikdə) və ön sözün müəllifi AYB katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli, redaktoru Dürdanə Hüseynovadır.
TEAS-PRESS Nəşriyyatında nəfis dizaynla nəşr edilmiş 468 səhifəlik kitabın yaxın günlərdə geniş  ictimaiyyət üçün  təqdimatı nəzərdə tutulur.