Xəbər lenti

Ebru Gündeş Rza Zərrabla bağlı qərarını verdi
Maqazin12:14 25.03.2016

Ebru Gündeş Rza Zərrabla bağlı qərarını verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məşhur türkiyəli müğənni Ebru Gündeş bir neçə gün əvvəl Amerika Birləşmiş Ştatlarında (ABŞ) həbs olunan həyat yoldaşı, iş adamı Rza Zərrabın yanına gedib.
Türkiyənin “Posta” qəzetinin yaydığı məlumata görə, ifaçı yaxınlarına “Rza indi məni yanında istəyər” deyərək Mayamiyə yollanıb. O, ABŞ-da aprelin 4-nə, Rza Zərrabın ilk məhkəmə prosesinə qədər qalacaq.
Qeyd edək ki, əri tutulan gün Ebru Gündeş qızı Alaranın psixoloji gərginlik keçirə biləcəyini nəzərə alaraq İstanbula qayıtmışdı. Onun bu addımı media orqanlarında cütlüyün münasibətlərinin sona çatdığını və Ebru Gündeşin həbsdən sonra Zərrabla boşanacağı xəbərlərini gündəmə gətirmişdi.
İran əsilli azərbaycanlı milyader Rza Zərrab İrana qarşı tətbiq edilmiş sanksiyaları pozmaqda, İran hakimiyyətinə aid pulların yuyulmasını təşkil etməkdə ittiham olunur. Onun üçün 75 il həbs cəzası tələb olunub.(“Qafqazinfo”)
Qaynar.info