
Azərbaycan Xalq Cəphəsi Partiyasının sədri Əli Kərimlinin müavini Əbülfəz Qurbanlı istefa verib.
Qaynar.info xəbər verir ki, bu barədə məlumatı o özü yayıb.
Əbülfəz Qurbanlı bildirib ki, dostlar, dərin bağlı olduğum AXCP-dən istefa verirəm:"Düz yolda olmuşam, dəyərlər uğrunda savaşmışam, bundan sonra da düz bildiyim yolda olacam. Var gücümlə sıralarımızın genişlənməsi, gənclərin AXCP-də təşkilatlanması, genişlənməsi- ali məqsəd üçün çalışmışam. İndi isə istefa verirəm, çünki bacardıqlarımı gerçəkləşdirməyə əngəllər var.Bundan sonra davam edənlərə uğur arzu edirəm. Bu addımımdan məyus olanlar, ümid verdiyim hər kəs, gənc dostlarım, məhbəsdəki dostlarım- haqqı üçün savaşdığım xalqımız məni bağışlasın."
Xatırladaq ki, Əbülfəz Qurbanlı AXCP sədir müavini olmamışdan öncə, gənclər komitəsinin sədri olub.
***
Qaynar.info saytına açıqlama verən Əbülfəz Qurbanlı deyib ki, bu barədə danışmaq istəmir. Xahiş edirəm bu mövzuda məni narahat etmiyəsiniz. "Profiliniz oğurlanıbmı" sualına isə Əbülfəz Qurbanlı cavab vermək istəməyib
Elkin Xəlilov
Qaynar.info