Xəbər lenti

Əbülfəz Qurbanlı bəzi AXCP-çiləri “saxta profil arxasında gizlənənlər” adlandırdı
Siyasət18:59 10.07.2015

Əbülfəz Qurbanlı bəzi AXCP-çiləri “saxta profil arxasında gizlənənlər” adlandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) istefa vermiş, artıq keçmiş sədr müavini Əbülfəz Qurbanlı Facebook sosial şəbəkəsində ünvanına səslənən ittihamlara cavab verərkən bəzilərinin saxta profil arxasında gizləndiyini vurğulayıb. Maraqlıdır ki, Ə.Qurbanlı saxta profillə Facebook-da “meydan sulayan”lardan bəzilərinin AXCP-çilər olduğuna işarə edib. 

Modern.az-ın məlumatına görə, o, bununla bağlı bildirib:

”Saxta profil arxasında gizlənən özümüzünkülər - Mikayıl Bayramov arxasında gizlənən şəxs və başqaları… Dedim axı hamını tanıyıram…”.

Ə.Qurbanlı keçmiş partiyadaşlarına “bacardınız, bundan sonra da riyakarlıq etməyin”, deyə mesaj ünvanlayıb.