Xəbər lenti

Çeçenistan Azərbaycanda nümayəndəlik açır
Siyasət09:25 03.04.2019

Çeçenistan Azərbaycanda nümayəndəlik açır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Federasiyasının Çeçenistan Respublikası Azərbaycanda nümayəndəlik açacaq. 
Qaynarinfo xəbər verir ki, bunu Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov "VKontakte" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Onun sözlərinə görə, rəsmi Bakı və Qroznı Çeçenistanın Azərbaycanda nümayəndəliyinin açılmasına dair razılıq əldə edib.
"Çeçenistan ilə Azərbaycan arasındakı münasibətlər qədim ənənələrə malikdir. Bunun təməlini Azərbaycan Prezidenti Heydər Əliyev və Çeçenistan Respublikasının birinci prezidenti, Rusiya qəhrəmanı Hacı Əhməd Kadırov qoyub", - Çeçenistan başçısı bildirib.