Xəbər lenti

Edip Akbayram vəfat etdi
Sənət 21:47 02.03.2025

Edip Akbayram vəfat etdi

Türkiyəli müğənni Edip Akbayram vəfat edib.

APA "TRT Haber"ə istinadən xəbər verir ki, 75 yaşlı sənətçi İstanbulda yerləşdiyi xəstəxanalardan birində vəfat edib.

Sətəlcəm xəstəliyindən əziyyət çəkən müğənni daxili qanaxma səbəbilə reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Yanvarın 4-dən müalicəsi davam edən Edip Akbayram poliorqan çatışmazlığından bu gün saat 19.30-da dünyasını dəyişib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->