
“Azərbaycanda “Diffamasiya haqqında” qanunun olması zərurəti istər ictimai, istərsə də rəsmi səviyyədə kifayət qədər dərk edilir. Lakin müzakirələrdə cəmiyyətin qanunun qəbuluna hazır olmadığı ilə bağlı fikirlər də səslənir. Əksini iddia edənlər də var”.
APA-nın xəbərinə görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Jurnalistlərinin VI qurultayında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, mövcud durumda hər iki qütbün düşüncələrinin geniş və sistemli şəkildə ifadə olunmasına, onların bütövlükdə cəmiyyətin mənafeləri nöqteyi-nəzərdən uzlaşdırılmasına ehtiyac duyulur. Ə.Amaşov qeyd edib ki, “Diffamasiyadan müdafiə haqqında” qanun layihəsi ətrafında gedən müzakirələr onun beynəlxalq standartlara cavab verdiyi barədə rəy yaradıb. Şura sədrinin fikrincə, həmin layihə hazırda müvafiq qurumlarda araşdırılmaqdadır.