Xəbər lenti

“Əfv fərmanının Hilal Məmmədov, Əvəz Zeynallıya da şamil olunacağı gözlənilir”
Siyasət17:02 23.05.2014

“Əfv fərmanının Hilal Məmmədov, Əvəz Zeynallıya da şamil olunacağı gözlənilir”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hilal Məmmədov və Əvəz Zeynallının adı prezidentin əfv siyahısında

Bunu Aktual.az-a REAL idarə heyətinin üzvü Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, İlqar Məmmədov, Tofiq Yaqublu və NİDA-çıların işi ilə bağlı Apellasiya Məhkəməsi bitmədiyindən onların həbsi tam qüvvəyə minməyib:

“Bu da onların əfv siyahısına düşməsini mümkünsüz edir. Onlara yalnız Milli Məclisin qəbul etdiyi qərar nəticəsində aministiya şamil oluna bilər. Yəni şəxslərə yox, maddələrə verilən aministiya ilə azad oluna bilərlər".

REAL funksioneri əfv fərmanının tarixini də qeyd etdi: “Bu ya mayın 28-i, ya da iyunun 15-də gözlənilir. Çox guman ki, prezidentin əfv fərmanı iyun ayında olacaq”.



Qaynar.info