Xəbər lenti

Əfv Komissiyası nə vaxt müraciətlərlə bağlı müzakirələrə başlayacaq? (AÇIQLAMA)
Siyasət08:02 09.09.2020

Əfv Komissiyası nə vaxt müraciətlərlə bağlı müzakirələrə başlayacaq? (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Əfv etmək Prezidentin müstəsna konistitusyon səlahiyyətidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Prezident yanında Əfv Komissiyasının üzvü Əlməmməd Nuriyev deyib. O bildirib ki, Əfv Komissiyasının işi müraciət etmiş şəxslərin ərizələrinə baxıb, araşdırıb, onları Prezidentə təqdim etməkdir:
"Bu, komissiyanın birbaşa funksiyasıdır. Əfvlə bağlı çoxlu müraciətlər var. Hər gün komissiyaya müraciətlər daxil olmaqdadır. Hətta Əfv Komissiyasının üzvü kimi bizlərə də müraciətlər ünvanlanır. Onların hamısını katibliyə göndəririk. Onlar da baxıb, araşdırır. Müvafiq prosedurlar var. Əlbəttə  ki, qarşıdakı aylarda Əfv Komissiyasının iclası olacaq. Daxil olan müraciətləri müzakirə edilib, sonra müvafiq qaydada Prezidentə təqdim olunacaq”.
Əlməmməd Nuriyev qeyd edib ki, komissiya təzə formalaşıb:
"Əfv bir qayda olaraq Yeni il və Novruz bayramı ərəfəsində imzalanır. Ümid edirəm ki, qarşıdakı aylarda müraciətlərlə bağlı müzakirələrə başlanılacaq”.
Bahar Rüstəmli