2015-ci ilin yanvar-may aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artaraq 16,2 milyard manata çaıb, onun hər nəfərə düşən həcmi 4,5 faiz artıb.
Qaynar.info Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövr ərzində gəlirlərin 73,9 faizi son istehlak xərclərinə, 9,6 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 14,0 faizi isə yığıma yönəldilib.
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 14,6 milyard manat həcmində və ya əvvəlki ildəkindən 5,7 faiz çox vəsait qalib.
Qaynar.info