Xəbər lenti

Əhəd Abıyev: "Gəlsinlər, görsünlər..."
Ölkə08:48 14.07.2014

Əhəd Abıyev: "Gəlsinlər, görsünlər..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Yazırlar ki, oğlum 9-cu mərtəbədən yıxılıb, xoşbəxtlikdən yüngül xəsarət alıb. Bu xəbərə yalnız gülmək olar”. 

Qaynar.info xəbər verir ki, bu sözləri musavat.com-a Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib. O, bildirib ki, oğlunun intihar etməsi haqda məlumat yalandır: “Gəlsinlər görsünlər, oğlumun bədənində bir cızıq, sıyrıq varmı? Ayıbdır, utansınlar. Uşaq dəniz kənarında istirahətdədir”. 

Yayılan bu xəbərlərə cavab olaraq, Ə.Abıyev oğlu ilə birgə Zaqulbada istirahət etdiyini dedi: “Telefonu verirəm İslama, özünüz onunla danışın”.

Əhəd Abıyevin oğlu İslam Abıyev isə musavat.com-a bildirdi ki, barəsində yayılan məlumatlar iftiradır və inanmayan mətbuat nümayəndələri gəlib, onunla görüşə bilərlər: “Zaqulbadayam, atamın yanındayam. Kim istəsə, gəlib mənimlə görüşə bilər. Bədənimdə heş bir xəsarət yoxdur. Yıxılan adamın bədənində xəsarəti olar, başı yarılar. 9-cu mərtəbədən yıxılana heç nə olmaz?”

İ.Abıyev onu görmək istəyənləri Zaqulbadakı çimərliyə dəvət etdi.

Qeyd edək ki, yayılan məlumatda Ə.Abıyevin 17 yaşlı oğlunun Türkiyədə oteldə 9-cu mərtəbədən yıxıldığı iddia edilirdi. 

Xəbərdə bildirilirdi ki, oğlu Ə.Abıyevlə mübahisə edəndən sonra özünü 9-cu mərtəbədən atıb, intihara cəhd edib.