Xəbər lenti

Şəhid kapitanın polkovnik atası dünyasını dəyişdi ( FOTO)
Ölkə05:23 24.06.2022

Şəhid kapitanın polkovnik atası dünyasını dəyişdi ( FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vətən müharibəsi şəhidi Nəcəf Şikarovun atası Şikar Şikarov vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Qeyd edək ki, polkovnik-leytenant Şikar Şikarov Birinci Qarabağ müharibəsi iştirakçısı olub.
Azərbaycan Ordusunun kapitanı olmuş Nəcəf Şikarov isə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn edilib.