Xəbər lenti

Şəhidlərə görə Şuşadakı qala-gecə təxirə salındı (FOTO)
Sənət08:35 06.08.2022

Şəhidlərə görə Şuşadakı qala-gecə təxirə salındı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə Şuşada VIII "Muğam” Televiziya Müsabiqəsinin qala-konserti baş tutacaqdı.
Qaynarinfo xəbər verir ki, sözügedən musiqili proqram təxirə salınıb. Bu barədə Azərbaycan Teleradio Verilişləri QSC-nin rəsmi feysbuk səhifəsində məlumat verilib. 
Bildirilib ki, şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq VIII "Muğam” Televiziya Müsabiqəsinin qala-konserti başqa tarixə keçirilib.
Xatırladaq ki, qala-konsertə tanınmış sənət adamları, mədəniyyət və incəsənət xadimləri dəvət olunmuşdu. Musiqili proqramda bu günədək keçirilən səkkiz "Muğam” müsabiqəsinin qalib və mükafatçılarının çıxış etmələri gözlənilirdi.
2005-ci ildən etibarən keçirilən "Muğam” müsabiqəsinin builki özəlliyi yarışmaya azyaşlı muğam ifaçılarının da qatılması və mükafatlar uğrunda mübarizə aparması idi.