Xəbər lenti

Əhməd Orucun prezidentliyə namizədliyi qeydə alınmadı
Siyasət12:13 12.09.2013

Əhməd Orucun prezidentliyə namizədliyi qeydə alınmadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azadlıq Partiyasının sədrinin Əhməd Orucun prezidentliyə namizədliyi qeydə alınmayıb.

APA-nın məlumatına görə, bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar verilib.
 
Əvvəlcə MSK katibi Arifə Muxtarova namizədliyi irəli sürülən namizəd haqda məlumat verib.
 
Daha sonra MSK-nın İşçi qrupun rəhbəri İlham Məmmədov məlumat verərək deyib ki, Əhməd Oruc MSK-ya 43 413 imza təqdim edib, onlardan 7 578-i etibarsız hesab olunub: “Bu səbəbdən də onun imza vərəqələrinin yoxlanılması dayandırılıb”.
 
MSK açıq səsvermə yolu ilə Ə. Orucun namizədliyini qeydə almayıb.

Qaynar.info