Xəbər lenti

Şəhriyar Cəfərov rəqqasların hərbi xidmətdən azad edilməsini istəyir
Sənət06:48 01.11.2023

Şəhriyar Cəfərov rəqqasların hərbi xidmətdən azad edilməsini istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sovet dönəmində bütün ittifaqda balet artistləri əsgərlik xidmətindən xüsusi icazəylə azad edilirdi, onlara möhlət verilirdi". 
Bunu Qaynarinfo-ya açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı xoreoqraf, baletmeyster, rəqqas Şəhriyar Cəfərov Azərbaycanda xoreoqrafiya sənətində kadrların çatışmazlığı ilə bağlı danışarkən deyib. 
Sənətçi bildirib ki, SSRİ dağılandan sonra illərlə Opera və Balet Teatrında bu ənənə davam edib:
"Sonra bu məsələ donduruldu. Amma bir müddət sonra bəziləri hərbi komissarlıqdan müəyyən yollarla xidməti bilet aldılar. Həmin vaxt Opera və Balet Teatrının direktoru olan Akif Məlikov balet artistlərinə deyirdi ki, "siz mənim sayəmdə hərbi xidmətdən azadsınız". Halbuki, bu ənənə teatrda daima olub". 
Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini, Əməkdar artist Fərid İbrahimov Azərbaycanda xoreoqrafiya sənətinin problemlərindən biri də oğlan kadrların çatışmazlığı olduğunu bildirib. O qeyd edib ki, oğlanların hərbi xidmətdən sonra sənətə qayıtması nadir hallarda olur:
"Çünki oğlanlar hərbi xidmətdən sonra professional formaya qayıda bilmirlər. Bunun həlli yollarından biri isə budur ki, rəqqas və balet artistləri hərbi xidməti hərbi rəqs ansambllarında keçirsinlər. Ordunun ruh yüksəkliyinin qaldırılması, hərbi hissələrdə tamaşalar, teatr fəaliyyətində onların kənarda qalmamalarını təmin etməklə buna nail ola bilərik. Digər həll yolu isə qardaş ölkə Türkiyədə olduğu kimi ödənişli hərbi xidmətin yaradılması ola bilər". 
Bahar Rüstəmli