Xəbər lenti

“Ehtiraslıyam, çılğınam, eşq doluyam” - azərbaycanlı müğənni
Maqazin15:35 13.10.2014

“Ehtiraslıyam, çılğınam, eşq doluyam” - azərbaycanlı müğənni

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et


Adi bir suya belə fərqli yanaşır. Sevgini sevən və tambaşqa bir dünyaya malik biri… Fərqliliyi həm sevgi qazandırıb, həm dənifrət. Amma nifrət belə, sevgidən irəli gəlir. Hər halda qonağımız belədüşünür. Özünü çox dəyərli sayır. Qəbul edənləri qədər, ehtiyatedənləri də az deyil. Təhlükəli qadındır. Çünki sevməyi və sevdirməyibacarır. Ondan heç vaxt imtina etməyiblər. O, vaz keçib. Özxoşbəxtliyini məhv edən Xumar Qədimova Ailəm.az-ın “Yaylıq”rubrikasında…
- Hər zaman gözəllik nümayiş etdirməkistəmişəm. Nə də yarada bildimsə, bunlar hamısı içimdən gəlib. İç dünyamməni başqalarından bir addım kənarda saxlayıb. Məndə olan fərqliliyihər kəsə göstərmək istədim. Məhz onun köməyi ilə bu yerlərə qədər gəlibçatdım. Məncə, fərqliliyim olmasaydı, sıradan biri olardım.

- Fərqliliyiniz nədir ki?

- Mənim içim! İçimdən fərqli yorum, fərqli bəstələr və ümumiyyətləfərqli xanım olmaq gəlir. Ürəyim başqadır mənim. Mən düşmən sözünü deməkistəmirəm. O, çox böyük anlamdır və heç mənim yoxumdur da. Amma mənisevməyənlər belə, sevirlər əslində. İstəməyən adamlara belə, sevdirəbildim özümü. Ən böyük məhəbbət nifrətin altında gizlənəndir. Mən eləbir durumdayam ki, özüm öz içimə belə, baş vura bilmirəm. Əksinə, o,mənə baş vurur. Mən öz içimdə itə bilərəm.

- Fərqindəsiniz ki, daxili aləminizi hər adam anlayıb, qəbul edə bilmir?! Çətin görünürsünüz kənardan.

-Niyə, məni anlayanlar da çoxdur. İki cür sənətçi var - çox və azsevilən. Mən, şükür Allaha sevilənlərdənəm. Yəqin, bəxtim gətirib. Məniaz sevsinlər, amma həqiqətən sevsinlər.

- Çox ehtiraslıxanım olduğunuzu gizlədə bilmirsiniz. Bəlkə də heç lazım deyil dəgizlətmək. Hər halda, uzaqdan belə görünürsünüz.

- Bəli, gizlətmək heç lazım da deyil. Ümumiyyətlə, yaşayan insandaehtiras olmalıdır. Mən həm də çox çılğın qadınam. Və çılğın olmayanadamları da sevmirəm. Mən sevgimdə də, dostluğumda da, sənətimdə dəçılğınam və özüm kimi adamlar arzulayıram. Allahın adına and olsun ki,mən bir musiqi bəstələyəndə suya batıram. Bu, bir növ doğuşa bənzəyir.Düzdür, mən övladımı təbii yolla dünyaya gətirməmişəm. Əməliyyatla olub.Deyirlər ki, qadın doğanda əziyyət çəkir. Baxın, mən sanki doğuram.Nəticə gözəl bir şey dünyaya gəlir və mən onun eşqi ilə yaşayıram. Sonramən səs yazma studiyasına gedəndə onu da o qədər həssaslıqla işləyirəm.Hər dəfə deyirəm ki, yox, bunu daha yaxşı işləyə bilərdim. Səs yazmastudiyasında çalışan peşəkarlar mənə deyir, bura gələn müğənnilər başdangetdi ifa edirlər ki, deməyə sözləri olsun, özlərini reklam edəbilsinlər. Mənim bütün işlərim mükəmməl olmalıdır. Kim qısqanır, özübilər.

- Qadın uğurlu və gözəl olanda onu qısqanırlar.Siz də gələn gündən qısqanılanlar sırasındasınız. Sizcə, bu hələ nəqədər davam edəcək?

- Onu Tanrı bilir. Allah eləsin ki,mən elə hər zaman yaxşı qalım, onlar da qısqansınlar. Mən bir az eşqdoluyam. İnsan üçün həyatı daha maraqlı edəcək amillər olmalıdır, mütləqolmalıdır.

- Bu eşq dolu xanımın sevgi həyatı da maraqlıdır. Varmı, həyatı daha maraqlı edən şəxs?

-Eşq deyəndə, mən sadəcə toxunulan eşqdən danışmıram. O, mənimyanımdadır, o, insandır, mən ona toxunuram. Yox, eşq tək bu deyil. Olabilər ki, o, yoxdur, amma mən sevirəm. Mən sevgini sevirəm. Sevməsəm,yaşaya bilmərəm. Mən sevgini sevdiyim üçün tək olanda da eşq doluyam.

- İndi siz bizə desəniz ki, həyatınızda heç kim yoxdur, təbii ki biz inanmayacağıq.

-Amma vallah yoxdur. Düzünü deyim, mən hələ seçim edirəm. Və əminəm ki,yaxında nəhayət ki, seçəcəm. Hazırda təkəm. Ancaq dediyim kimi sevgimlə,hər şeyi sevə bilməyimlə xoşbəxtəm. Təbii ki, məni sevənlər var. Özü dəhədsiz dərəcədə çoxdur. Lakin nə edim, sevgini bir az ucuzlaşdırıblar.İndi eyni cinslər evlənir. Kişi kişiyə, qadın-qadına meylini salır. Bəsbudur da sevgini ucuzlaşdıran.

- Sadaladıqlarınız ola bilər. Ancaq bəllidir ki, sizin üçünsevgini ucuzlaşdıran konkret səbəb var. Deyəsən, bu sarıdan başınız çoxçəkib.

- Mən çətin adamam. Münasibəti yalnız özümkorlaya bilərəm. Məni heç vaxt atmayıblar, hər zaman mən atmışam. İnsanözünə verdiyi əzabı heç kim özünə verə bilməz. Mən heç nədən problemyarada bilən qadınam. Əslində, məsələnin kökündə heç nə olmasa da olar.Ancaq mən qurduğum fantaziyalarla hər şeyi məhv edə bilərəm. Qarşımdakıinsanın ağlından belə keçməyənləri mən qurub, özümə əzab verirəm. Oadamın bəlkə də günahı olmaz. Özüm edərəm. Sadəcə o, mən istədiyimmükəmməl biri deyil. Bəlkə də kənardan baxsaq idealdır. Amma mənimfantaziyalarıma sığmır və bu, öz xoşbəxtliyimi dağıtmağa kifayət edir.Olub ki, mənim ideal hesab etmədiyim kişi başqa qadınlar üçün mükəmməlvə əlçatmazdır. Mən səmimi etiraf edirəm, çoxu mənim atdığımı əliçıraqlıgəzir. Bu günə qədər çəkdiyim əziyyət olubsa, mütləq səbəbkarı özüməm.Özüm zorla özümü çətinə salıram. Birdə görürəm ki, xoşbəxtliyimin içindəözüm xoşbəxt deyiləm.

- Öz günahınız ucbatından olub deyirsiniz. Nə vaxtsa elədiklərinizə görə peşman olmusunuz?

- Yox, heç vaxt. Çünki həyatımda boşluq olmayıb. Bir əli buraxdımsa,mütləq mənə başqa bir əl uzanacaq və məyus olmağıma imkan verməyəcək.Boşluq yaranmır həyatımda. Bu, o demək deyil ki, mən növbəti biri iləmünasibət qururam. Yox, sadəcə, dəyəri görüb, xoşbəxt ola bilirəm. Bilimki, sevilirəm və bu mənə yetər. Hətta özüm düşünürəm ki, görəsən, mənnə vaxta qədər seviləcəyəm. İçimdə qorxu yoxdur ki, bir günsevilməyəcəyəm. Mənə bir yaxın adam demişdi, onun sözünü hər zamanxatırlayıram. Özəl qadınlar heç vaxt unudulmur, çirkinləşmir vəqocalmır. Onlar hər zaman sevilirlər. Mən də özəl qadınam, yəqin ki.

- Bəllidir ki, sizə addım atan kişi bir daha cəsarətli olmalıdır. Sevginizi qazanmaq başqa nələr tələb olunur? 

- Kişi olmalıdır, təbii. Dürüst, səmimi və bacarıqlı. Qadına diqqətli,qayğıkeş və sevgi dolu biri. Mən dərin qadınam, o da güclü biriolmalıdır. Mənim bir də həssaslığım var. O, məni incidir. Hərdəndüşünürəm ki, güclü olduğum qədər də zərifəm.

- O adamın cəmiyyətdəki mövqeyi və maliyyə vəziyyəti hansı yerdədir sizin üçün? 

-O iki amili özündə birləşdirən adam şəxsiyyətlidir həm də. O adamınşəxsiyyəti mənim üçün çox önəmlidir. Belə an da ola bilər ki, kimsə oadamdan daha böyük vəzifədə işləyər, amma onun qədər şəxsiyyətli olmaz.Mən o şəxsiyyəti heç nəyə dəyişmərəm. Bir də, təbii ki, onun maddidurumu öndə gedən məsələlərdəndir. Mənim hər addımım puldur. Bu sözümükimsə səhv anlaya bilər. Ancaq izah edirəm, mən baxımlı qadınam. Baxımlıqadın addımı çölə atdı, artıq puldur. Mən ailəmdə də belə görmüşəm.Şükür Allaha ki, heç vaxt heç bir ehtiyacımız olmayıb. Ona görə kimdeyir ki, pul boş şeydir, inanmayın, boş filan deyil. Pulsuz yaşamaqçətin olar. Çətin həyatı isə hər adam həzm edə bilmir. Mənim dodaq boyambelə qiymətlidir. O, adi ola bilməz. Mütləq keyfiyyətli və brend məhsulolmalıdır. Bunun üçün də mənim münasibətim kasıbla ola bilməz. Mənçalışsam da alınmaz. Bəli, mən etiraf edirəm, mənim üçün kişinin maddidurumu çox önəmlidir. Amma pulu var, şəxsiyyəti yoxdur, belə də mümkündeyil. Elə dərin şeylər var ki, onu pulla almaq olmaz.

-Xumar xanım, qadın və şəxsən siz, nə zaman təhlükəli ola bilərsiniz?Səhv hiss etməmişəmsə, sizdən ehtiyat edənlər var. Bu sırf sizinxasiyyətinizlə bağlıdır, ya necə?

- Mən bunun cavabınıbilmirəm. Bəlkə insanları belə düşündürən özümü dəyərləndirməyim, özüməhörmət tələb etməyimdir. Mən özüm üçün çox dəyərliyəm və mən özüməhörmət edirəm. Bəlkə bu xarakterim insanlarda bu təəssüratı yaradıb. Mənortalıqda deyiləm, saxta deyiləm, süni deyiləm və sıradan biri deyiləm.Əgər bir az fərqlisənsə, sənə təbii ki, fərqli baxacaqlar. Kimisikinayə, kimisi gülüş, kimisi qorxu, kimisə də sevgi ilə…

- Oğlunuz necədir?

-O çox qəliz adamdır. Mənimlə bəlkə də yola getmək olar, onunla mümkündeyil. O da çətin olduğu qədər maraqlı biridir. Sevinirəm ki, yaşınabaxmayaraq o, çox şəxsiyyətli və mədəni biridir. Böyüklərə hörmət edərvə hər zaman hər şeyin yerini bilər. Mən ondan narazı deyiləm.

- Onun üçün Xumar Qədimovanın oğlu olmaq çətin deyil?

-Bir az cazibədar görünəndə qısqanclıqları baş qaldırır. Amma mənixoşlayır. Mən gözəl görünəndə o sevinir. Hətta bir etiraf da edib.Deyir, istəyirəm ki, sənə oxşasın xanımım. Amma indi o qorxur ki,anasına bənzəyən həyat yoldaşı tapmayacaq. Deyir ki, yoxdur sənin təkqadın. Bu sözü mənə çox adam deyib. Axırı, bir mahnı da oxudum: “Bir dəgəlməyəcək mənim tək qadın”.

- İnsanlarla aranızda bir bariyer var. Nədir sizi hər kəsdən uzaqlaşdıran?

-Məndə hər şey ya var, ya da heç kökündən yoxdur. Münasibət, dostluq,eşq hamısı ya mükəmməl olmalıdır, ya da ümumiyyətlə olmamalıdır. Odediyiniz baryeri də yaradan bax bu amillərdir. Mənim üçün biolojidoğmalıq da önəmli deyil. Ən yad adam da gəlib doğma ola bilər. Mən yadbiri kişini və ya qadını doğmam kimi, canım kimi sevərəm.

Qaynar.info