Xəbər lenti

“Ehtiyat namizədin kimliyi 19-da müzakirə olunacaq” -AÇIQLAMA
Siyasət06:49 13.08.2013

“Ehtiyat namizədin kimliyi 19-da müzakirə olunacaq” -AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Qərara gəlindi ki, Milli Şuranın ehtiyat namizəd məsələsi mitinqdən sonra, ayın 19-da keçirləcək sessiyada müzakirəyə çıxarılsın. Belə fikir səsləndi ki, siyasi partiya liderlərinin ehtiyat namizəd olmasından söhbət belə gedə bilməz. İclasda təklif olundu ki, hər hansı bitərəf, yəni Milli Şuranın üzvü olan, ya olmayan ziyalılardan birinin namizədliyi irəli sürülsün”.

Bunu Qaynar.info-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) ali məclisinin sədri, Milli Şuranın üzvü Həsən Kərimov deyib. Onun sözlərinə görə, bu məsələyə münasibətdə Müsavat Partiyasının da mövqeyi konstruktiv olub: “İsa Qəmbər namizəd olmasına baxmayaraq, o da, Milli Şurada təmsil olunan partiya funksionerləri də bu məsələyə razılıqlarını bildirdilər. Ona görə də hesab edirəm ki, Milli Şuranın avqustun 19-dakı sessiyasında kompromis variant tapılacaq”.

H.Kərimov “Necə oldu ki, mitinqin 20-ci yaşayış sahəsində keçirilməsinə razılıq verdiniz?” sualına belə cavab verib: “Mitinqin keçirilməsi Rüstəm İbrahimbəyovun təklifi idi. O  mitinqin keçirilməsi üçün hər hansı yerin verilməsinə etiraz etmir. Hakimiyyət yalnız 20-ci yaşayış sahəsini təklif edir. Biz də buna görə razılıq verdik. Tək bizim partiyanın mövqeyinə qalsa, 20-ci yaşayış sahəsində mitinq keçirməklə bağlı heç vaxt düşünmürük.  Bu, Milli Şuranın qərarı oldu, biz də qərara tabeyik”.

İlkin
Qaynar.info