Ehtiyatda olan mayor Əliyev Şahin İsa oğlu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun "Reaksiya TV"də Azərbaycan Ordusu, Müdafiə Nazirliyinin rəhbərliyi və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov barəsində səsləndirdiyi iddialara münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, Qarabağ müharibəsinin iştirakçısı olmuş Şahin Əliyev partiya sədrinin bütün iddialarının yalan və böhtan olduğunu deyib.
Ehtiyatda olan mayor bildirib ki, Nəcməddin Sadıkovun rəhbərliyi altında cəbhədə döyüşüb və Silahlı Qüvvələrin hazırkı Baş Qərargah rəisi əsgərləri ilə birlikdə səngərdə düşmənə qarşı mübarizə aparıb, uğurlu əməliyyatlar həyata keçirib.
Şahin Əliyev həmçinin bildirib ki, Nəcməddin Sadıkovun bir qardaşı olub və 80-ci illərdə Rusiyada dünyasını dəyişib.
Şahin Əliyevin video çıxışının tam versiyasını təqdim edirik.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/Ebff2Q9lY-k" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">