Xəbər lenti

Əjdər Olla bağlı Prezidentə müraciət olunubmuş
Ölkə09:37 29.09.2021

Əjdər Olla bağlı Prezidentə müraciət olunubmuş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu ilin fevral ayında həbs edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq Aparat rəhbəri Əjdər Cəbiyevlə (Əjdər Ol) bağlı Prezidentə müraciət olunub.
Bu barədə Qaynarinfo-ya Əjdər Olun qardaşı Şahəli Cəbiyev bildirib. O vurğulayıb ki, müraciət bir neçə ay bundan əvvəl Azərbaycan Yazıçılar Birliyi (AYB) adından edilib.
Şahəli Cəbiyev hazırda həbsdə olan qardaşının səhhətindən də danışıb: "Əjdər Ol özünü yaxşı hiss edir. Həftədə iki dəfə onunla əlaqə saxlayırıq. Məhkəmə prosessləri də davam etdirilir. Ümid edirik ki, onunla bağlı hər şey yaxşı olacaq”.
Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB Ədəbiyyat Fondunun direktoru "Əjdər Ol” təxəllüsüylə tanınan şair-publisist Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində başlanmış cinayət işi üzrə məsuliyyətə cəlb olunub. O, keçmiş nazir Səlim Müslümovla vəzifə səlahiyyətlərini aşmaqda, rüşvət almaqda təqsirləndirilir.
Əhməd