
"Gerçək tariximiz xalqımız üçün "Böyük Ermənistan" adlı bədii fantastika ilə müqayisədə daha maraqlı və vacibdir”.
Qaynarinfoxəbər verir ki, bu sözləri Ukraynada yaşayan tanınmış erməni tarixçi-tədqiqatçı Filip Ekozyants özünün Facebook səhifəsində Rusiya mediası maqnatı, daha doğrusu, təxribatçı Aram Qabrelyanovun ittihamlarına cavab olaraq yazıb.
"Allah sənə can sağlığı versin, Aram! Səhv edirsən, mən xain deyiləm. Xainlər tariximizi təhrif edənlər və bizi qonşularımızın gözündə zalım və səhvindən əl çəkməyən düşmən edənlərdir. Ancaq onları da xain adlandırmaq olmaz, çünki onlar erməni xalqından deyillər, daha doğrusu, 17-ci əsrdə erməni adlandırılan o xristian icmasından. Məhz o vaxt missionerlər əcdadlarımızı "götürüb" bizi Levantda öz alətlərinə çevirdilər. Bizim gerçək tariximiz xalqımız üçün "Böyük Ermənistan" adlı bədii fantastikadan daha maraqlı və vacibdir. Üstəlik, əsl tariximiz sizin də, övladlarınız və nəvələriniz, həmçinin bu postun altına pis niyyətli şərh yazanlar və haqqında jurnalistlərinizin video çəkdikləri və milyonlarla başqasının da mənsub olduğunuz xalqımız üçün barış mənbəyidir", - Ekozyants yazıb.
Erməni tarixçi öz statusunda bir neçə il həqiqətlə yaşamağın əsrlərlə yalan udmaqdan, özünü və ətrafındakı hər kəsi məhv etməkdən daha yaxşı olduğunu qeyd edib:
"Buna görə vaxtımı və enerjimi atalarımızın həyatı ilə bağlı həqiqəti bərpa etmək və sizinlə bölüşmək üçün sərf edirəm. Həm də çox yaxşı başa düşürəm ki, çox hissəsi aldadılmış xalqımızın insanlarının hamısı zərərsiz deyil. Yəqin ki, sən özün də onlardan birisən, Aram. Amma bir neçə il həqiqətlə yaşamaq əsrlərlə yalan udmaqdan, özünü və ətrafındakı hər kəsi məhv etməkdən daha yaxşıdır. Mətbuatda sizin haqqınızda yazılanlarla tanış oldum və bu şəkildə olsa da, sizi tanıdığıma görə çox sevindim”.
Daha sonra erməni tarixçi əlavə edib:
"Cavab olaraq sizə aşağıdakıları demək istəyirəm. Aram, sizin əlinizdə üç əsrdir yalanlarla boğulan insanları bu xəyallar bataqlığından azad etməyə kömək edə biləcəyiniz bir mexanizm var. Sevdiyiniz xalqa həqiqətən kömək etmək üçün bu imkanlarınızdan istifadə edin. Bəlkə də mənim əsərlərimlə şəxsən tanış olmaq üçün kifayət qədər müdriklik və səbriniz var, ancaq onları sosial şəbəkələrdən gələn isterik "qışqırıq”larla qiymətləndirməyin. Əminəm ki, bundan sonra məndən hamı qarşısında üzr istəyəcəksiniz və biz oturub birlikdə Azərbaycan çayı içəcəyik. Lap erməni çayı olsun, əgər sizdə varsa... Allah sənə can sağlığı versin, qardaş".
Alpər