"Bu parkda təbii ki, Azərbaycan və Türkiyənin bir-birinə verdiyi mənəvi, siyasi dəstəyin həm də vətən müharibəsində ərazilərin azad olunmasında tətbiq edilən Türkiyə və Azərbaycan silahlarının birgə xatirə abidəsi ucaldılacağını gözləyirəm”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Cəbrayılda Türkiyə ilə birgə Dostluq Parkının salınmasından danışarkən deyib. Ekspert hesab edir ki, Cəbrayılın azad olunmasında hansısa bir döyüş fraqmentinin canlandırılması da müsbət bir addım olardı:
"Bu sahədə Türkiyənin çox böyük təcrübəsi var. Mən Çanaqqalada yerləşən xatirə kompleksini gəzmişəm. Həmin kompleksdə döyüş fraqmentləri çox böyük ustalıqla ədəbiləşdirilib. Düşürünən ki, bu adidə azərbaycanlı gizir və zabitlərin Qarabağın azad olunmasında göstərdikləri qəhrəmanlığın yerli və beynəlxalq ictimaiyyətə nümayiş etdirilməsi üçün gözəl bir platforma olacaq”.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, Cəbrayılda Türkiyə ilə birgə Dostluq Parkı salınacaq.
Bahar Rüstəmli