Xəbər lenti

Ekspert Təhsil Nazirliyinə təklif irəli sürdü
Ölkə11:48 09.02.2017

Ekspert Təhsil Nazirliyinə təklif irəli sürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən, Nazirlər Kabineti tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə, ali təhsil pilləsinin bakalavr, magistratura və rezidentura səviyyələrinə tələbə qəbulu qaydalarını təsdiq edib.

Ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə qəbul qaydalarında edilən dəyişikliyə əsasən abituriyentlərə seçdikləri ixtisas qrupu üzrə eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etməyə icazə verilir. Belə ki, cari tədris ilində bakalavriat səviyyəsinə qəbul imtahanının iki dəfə keçirilməsi nəzərdə tutulur. 

Qaynarinfo.Az-ın verdiyi xəbərə görə, iqtisadçı ekspert Rövşən Ağayev öz açıqlamasında ali və orta ixtisas məktəblərinə yeni qəbul qaydaları ilə bağlı bir neçə məqama toxunub:

"İl ərzində 2 dəfə tələbə olmaq istəyənlərə şans tanımaq müsbət addımdı. Xüsusən də abituryentlərin stressini azaltmaq baxımından faydası ola bilər. Amma bu "ali təhsil alanların sayı artmalıdır" təklifinin bir əmması var. Gerçəkdən Azərbaycan əhalinin hər 100 min nəfəri hesabı ali məktəb tələbələrinin sayına görə, inkişaf etmiş ölkələrdən, eləcə də bir sıra keçid ölkələrindən 3-4 dəfə geri qalır. Amma say artımı onsuz da aşağı olan keyfiyyətin daha da pisləşməsi hesabına baş verməməlidir. Bunun üçün ali təhsil pilləsini keçid üçün hər bir ixtisas üzrə (qrup üzrə yox) minimal keçid balları müəyyən edilməsi çıxış yollarından biri ola bilər. Məsələn, maksimum balın (700 bal) 40%-dən (280 bal) aşağı balla heç bir ixtisas üzrə ali məktəblərə qəbul aparılmamalıdır. Bütün ixtisaslar üzrə minimum keçid balı isə ixtisasların mürəkkəbliyindən, iqtisadiyyat üçün faydalılığından asılı olaraq 280 baldan yüksək olmaq şərtilə müəyyən edilə bilər. Məsələn, hər abituryent bilməlidir ki, hansı regionda, hansı universitetdə olmasından asılı olmayaraq, riyaziyyat müəllimi olmaq istəirsə, 400-dən aşağı bal toplamamalıdır".

Ekspert pulli ali təhsillə bağlı təklif irəli sürüb:

"Bu gün Azərbaycanda dövlətin ali təhsil xərclərinin ÜDM-də payı 0.3% ətrafındadı. Dünyanın qabaqcıl ölkələrində həmin göstərici 1-2% intervalında dəyişir. Bu gün Azərbaycanda dövlət ali məktəblərində oxuyanların 76-77%-i ödənişli təhsil alır. Yoxsulluğun real miqyasının yüksək olduğu ölkədə hökumət bütün insanların ali təhsilə əlçatanlığını artırmaq üçün ali təhsil xərclərini artırmalıdır. Bunun üçün hökumət belə bir hədəf müəyyən edə bilər: maksimum balın (700 bal) məsələn, üçdə ikisindən (450 bal) yüksək bal toplayan bütün abituryentlərin xərclərini dövlət qarşılayacaq. Təhsil Nazirliyi tələbələrin sayını artırmaq istəyirsə, bu da bir stimullaşdırıcı mexanizm ola bilər".

Qaynarinfo.Az