"Keyfiyyəti aşağı, qiyməti baha olan restoranlara getmək lazım deyil”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli bildirib. Onun fikirincə, bu, həmin restoranlarlar üçün ən böyük cəzadır:
"Restoranlarən fəaliyyətinə süni amillər təsir göstərir. Düzdür, infilyasiya ilə əlaqədar ərzaq məhsullarında bahalaşma var, bu da restotanlarda qiymət atımına təsir edir. Digər tərəfdən isə manatın alıcılıq qabiliyyətinin düşməsi xidmət sahəsində də qiymətlərin artmasına səbəb olur. Lakin restoranlarda çox zaman süni qiymət artımı daha çox müşahidə olunur. Düşünürəm ki, bununla mübarizə üsulu həm də ictimai nəzarət, qiymətlə xidmət və keyyfiyyət düz mütanasib olmalıdır. Restoranlar düzgün qiymət siyasəti seçərək müştəri məmnuniyyətin təmin etsələr daha çox müştəri cəlb edib gəlirlərini artıra bilərlər”.
Ekspert bildirib ki, sahibkarlar daha çox gəlir əldə etmək məqsədilə ənənəvi satış siyasətinə əməl etmirlər:
"Xidmət və keyfiyyət bəzən qiymətlərə heç uyğun gəlmir. Bunun üçün istehlakçılar restoranların xidmətindən istifadə edərkən daha diqqətli və daha tələbkar seçim etmiş olsalar, restoranlar da öz xidmətlərində daha keyfiyyətli olmağa məcbur olarlar”.
Eyyub Kərimli hesab edir ki, bu gün qiymət artımına bir neçə səbəb var:
"Birincisi, bazar payının çox olmasıdır. İnfilyasiya və qeyri-bərabər rəqabət mühiti qiymətlərə təsir edir. Süni qiymət artımı ən çox şəbəkə marketlərində müşahidə olunur”.
Bahar Rüstəmli
Şərhlər